İqtisadiyyat

GTT Rusiyada fəaliyyətini dayandırır

3 Yanvar 2023 08:43
Baxış: 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın GTT (Qaztransport & Technigaz) mühəndislik şirkəti Rusiyanın "Zvezda" gəmiqayırma şirkəti ilə 15 buzqıran qaz daşıyıcısının tikintisini nəzərdə tutan müqaviləyə xitam verərək Rusiyada fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Qrup Rusiyaya mühəndislik xidmətlərinin göstərilməsini qadağan edən Avropa sanksiyalarının səkkizinci və doqquzuncu mərhələlərini ətraflı nəzərdən keçirərək Federasiyada fəaliyyətini dayandırır", - məlumatda deyilir.

Şirkət bildirib ki, GTT gələcəkdə Rusiya layihələrini sifarişlər portfelinə daxil etməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.