İqtisadiyyat

Avtomobil markaları qiymətlərini yenilədi

1 Yanvar 2023 20:51
Baxış: 1 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni ilin başlaması ilə bir sıra avtomobil markası qiymətləri yeniləməyə başlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, çip və enerji böhranı avtomobillərin qiymətini günbəgün artırıb.

Bu səbəbdən "Renault", "Volkswagen", "Kia" və "Hyundai" 1 yanvar 2023-cü il tarixinə qiymət siyahılarını yeniləyəcəklərini açıqlayıb.

Sıfır kilometr avtomobillərin dilerlərə gəlməsi ilə yanvar ayında qiymətlər yenidən yüksələcək. Artımın nə qədər olacağı isə siyahıların açıqlanması ilə müəyyənləşəcək.

Bir çox markalar yüksək tələbat səbəbiylə yanvar ayında qiymət zəmanəti olmadan satılan avtomobillərin siyahısını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.