İqtisadiyyat

Ukrayna taxıl müqaviləsinin uzadılmasına çağırıb

22 Oktyabr 2022 08:53
Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəsmi Kiyev Qara dənizdən taxıl ixracına dair sazişlərin uzadılmasının tərəfdarıdır.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serqey Kislitsa deyib.

BMT Təhlükəsizlik Şurasının iclasında Kislitsa bildirib ki, Ukrayna taxılının ixracı artıq qlobal bazarların sabitləşməsinə və qiymətlərin aşağı düşməsinə töhfə verib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti ixracın noyabrın 22-dən sonrakı dövrə uzadılmasını dəstəkləyir. Həmin tarixdən sonra müqavilənin ilkin 120 günü başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.