SOCAR AQŞ daha bir xarici layihəni uğurla başa çatdırıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
SOCAR AQŞ Qazaxıstanın kəşfiyyat və hasilat şirkəti olan Eureka Oleum üçün kompleks qazma layihəsini təhlükəsiz və səmərəli şəkildə başa çatdırıb.
Layihə çərçivəsində SOCAR AQŞ Eureka Oleumşirkətinə aid üç neft yatağında qazma nəzarəti xidmətləri göstərmişdir. Xidmətlərə dərinliyi 3176, 3222 və 3600 metr olan istiqamətli neft quyularının qazılmasına nəzarət daxil idi. SOCAR AQŞ sifarişçiyə əməliyyatlara müntəzəm nəzarətdə, həmçinin SƏTƏM, quyuya nəzarət, mürrəkkəb geofiziki ölçü avadanlıqlarından istifadə etməklə məlumatların toplanması, kern nümunəsinin götürülməsi, yan lülələrin qazılması və digər quyudibi mürəkkəbləşmələr zamanı dəstək göstərmişdir.
"SOCAR AQŞ qazma və quyulara texniki xidmət göstərilməsi sahəsində böyük təcrübəyə, eləcə də quruda və dənizdə mürəkkəb yataqlarda qazma əməliyyatları üçün bilik və texniki imkanlara malikdir. Hazırkı beynəlxalq inkişaf hədəflərimizin bir hissəsi olaraq, Eureka Oleum ilə olan bu layihə bizim təcrübəmizi bölüşmək üçün daha bir fürsət oldu.
Layihə zamanı insanların təhlükəsizliyi bizim əsas prioritetimiz idi və biz çox şadıq ki, işlər təhlükəsizlik tələblərinə tam uyğun aparılıb," SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev bildirib.
Qeyd edək ki, SOCAR AQŞ Qazaxıstan Respublikasında ilk qazma layihəsinin idarə edilməsini öz üzərinə 2020-ci ildə götürmüş və uğurla başa çatdırmışdır. Müqavilə Eureka Oleum yataqlarından birində 3100 metr dərinlikdə istiqamətləndirilmiş neft quyusunun qazılmasına nəzarəti daxil edirdi. 2021-ci ildə SOCAR AQŞ dərinliyi 3309 və 3241 metr olan daha iki neft quyusunun idarə edilməsini davam etdirib.
***
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma Şirkəti tərəfindən yaradılmış kompleks qazma və quyu xidmətləri şirkətidir.
Qabaqcıl qazma texnologiyalarını təmin edən və yeni idarəetmə üsullarını tətbiq edən SOCAR AQŞ quyuların qazılması sahəsində uzun illər fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ 2009-cu ildən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) üzvüdür və bütün müvafiq beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər





