Türkiyə və Azərbaycan arasında daha möhkəm ticari əlaqələr quracağıq - MÜSİAD Prezidenti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə ilə Azərbaycan arasında möhkəm əlaqələr var, bu əlaqələri ticarət baxımından gücləndirmək və iki ölkə arasındakı ticarət həcmini layiq olduğu səviyyəyə çatdırmaq istəyirik. Milli.Az xəbər verir ki, bunu TurkicWorld-ə özəl müsahibəsində Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) prezidenti Mahmut Asmalı bildirib.
"Keçən il Bakıda MÜSİAD, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Beynəlxalq Biznes Forumu (IBF) çərçivəsində təşkil edilən Business to Business (B2B) görüşlər azərbaycanlı iş adamlarını birbaşa Türkiyədən və müxtəlif bölgələrdən olan iş adamları ilə bir araya gətirərək yeni tərəfdaşlıqların yaranmasına vəsilə olub." - deyə o qeyd edib.
M. Asmalı bildirib ki, işğaldan azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulmasında və bölgəyə yatırılan investisiyalarda türk şirkətləri fəal işlər aparır.
"Bu şirkətlər arasında MÜSİAD-a üzv şirkətlər də var. MÜSİAD Azərbaycanda bu sahədə aktiv fəaliyyətlərini davam etdirir." - deyə o vurğulayıb.
Türkiyə ilə Azərbaycan arasında olan əməkdaşlıqlar və həyata keçirilən birgə layihələrin iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərdiyini əlavə edən Asmalı qeyd edib ki, Covid 19 pandemiyası və Rusiya Ukrayna arasında yaranan gərginlik dünya iqtisadiyyatına çox böyük təsirlər göstərib. Buna baxmayaraq, bütün bu hadisələr Türkiyənin iqtisadiyyatından təsirsiz ötüşüb.
"Pandemiyadan sonra Türkiyə iqtisadiyyatının toparlanmasına ən böyük dəstəklərdən biri də ixracat oldu. Rusiya və Ukrayna arasında olan gərginliyin bu tendensiyanı poza bilmə ehtimalı ilə bağlı narahatlıqlar olmasına baxmayaraq, hər iki ölkə arasında olan gərginliyin bu zamana qədər Türkiyə iqtisadiyyatına heç bir mənfi təsiri olmayıb." - deyə Asmalı bildirib.
Prezident əlavə edib ki, iki ölkə arasında olan gərginliyə görə Avropa iqtisadiyyatının üzləşdiyi problemlər göz qabağındadır. Ancaq buna baxmayaraq, Türkiyənin bölgəyə ixracı artmaqda davam edir.
"ABŞ ikinci ən böyük ixrac bazarımıza çevrilib. Bölgədə baş verən hadisələr və pandemiya Amerika bazarına daha çox girməyimizə kömək edir. Bununla yanaşı diplomatik addımlarla inkişaf etməyə başlayan əlaqələr sayəsində Yaxın Şərq ölkələrinə olan ixracatlarda da nəzərəçarpan artımlar görürük." - deyə o bildirib.
Prezident qeyd edib ki, MÜSİAD 2022-ci ildə başladığı dəyişikliyi, 2023-cü ildə daha əhatəli strateji planla davam etdirərək, bu çərçivədə ixracı artırmaq və fəaliyyəti genişləndirmək üçün addımlar atacaq.
"Hal-hazırda üzərində işlədiyimiz Anadolu İqtisadi Diplomatiya proqramımız bu strategiyanın əsasını təşkil edir." - deyə Asmalı bildirib.
O əlavə edib ki, Nigeriya, BƏƏ, Macarıstan və Ruandanın Ankaradakı səfirlərinin Anadoludakı iş adamları ilə görüşləri keçirilib və qarşıdakı dövrlərdə Yeni Zelandiya və Bəhreynin Ankaradakı səfirlərinin Türkiyənin müxtəlif şəhərlərindəki iş adamları ilə görüşlər keçirilməsi də planlaşdırılır.
"İndiyədək biz 50 ölkənin nümayəndə heyyəti ilə fikir mübadilələri aparmışıq. Bununla yanaşı, ABŞ, Azərbaycan, Çin, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Yaponiya və Cənubi Afrikadan olan səfirlər və nümayəndə heyətləri ilə MÜSİAD-ın Baş Qərargahında görüşlər keçirilib." - deyə prezident vurğulayıb.
Daha sonra MÜSİAD Qadın haqqında fikirlərini bildirən Asmalı, MÜSİAD Qadının daha da genişlənməsini və qadın sahibkarlarıa daha əhatəli fəaliyyət sahəsi təklif etməyi hədəflədiklərini vurğulayıb.
"2021-ci ilin sentyabr ayında MÜSİAD Qadın layihəmizi öhdəmizə götürərkən strukturumuzu yenidən formalaşdırdıq və yeni iş sahələri yaratdıq. Bu çərçivədə ilk dəfə olaraq MÜSİAD Qadın tərəfindən Beynəlxalq Maarifləndirmə Sammiti təşkil edilib." - deyə o bildirib.
Prezident, yaxın gələcəkdə MÜSİAD Qadını beynəlxalq səviyyəyə daşıyaraq təşkilati strukturun gücləndirilməsini hədəflədiklərini də vurğulayıb.
"Türkiyə və Azərbaycanda güclü gələcək qurmaq üçün gənclərimizlə birlikdə çalışmağa və uğurlar qazanmağa davam edəcəyik." - deyə Asmalı yekun olaraq qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama





