İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 6 gəminin çıxışına icazə verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü 96 200 tondur. Onlar Türkiyə, Liviya, Rumıniya və İspaniyaya günəbaxan toxumu, taxıl və qarğıdalı daşıyır.
Milli.Az