İqtisadiyyat

Bu tərəvəzlər bahalaşıb - VİDEO

29 Avqust 2022 18:04
Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yayın bitməsinə az vaxt qalıb. Hazırda bütün evlərdə qışa tədarük görülür. Mürəbbələr bişirilir, turşular hazırlanır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bazarlarda istənilən növ meyvə-tərəvəzə rast gəlmək olur. Yəni qıtlıq yoxdur, əksinə bolluqdur. Qiymətlər də həmişəki kimi fərqlidir.

Yay fəsli başlayandan qiyməti həmişə müzakirələrə səbəb olan pomidor hazırda 50 qəpik - 1 manat arasında satılır. Bununla belə bazarda 2 manata olan pomidorlara da rast gəlmək mümkündür.

Satıcılar isə satdıqları məhsulun baha olmadıqlarını deyir.

Qarpızın kiloqramının qiyməti 20-25 qəpik, hazırda böyük təlabat olan kələmin qiyməti isə 40 qəpikdir. Meyvələrin qiyməti isə ötən həftələrdə olduğu kimidir, dəyişiklik yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.