"İpoteka kreditinin şərtləri sərtləşdirilməyib, əksinə yumşaldılıb" - Mərkəzi Bank
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlərdə kütləvi informasiya vasitələrində (KİV) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mülkiyyətində yaşayış sahəsi olan fiziki şəxslər tərəfindən alınan ipoteka krediti şərtlərinin sərtləşdirilməsi ilə bağlı yanlış məlumatlar yer almaqdadır.
Milli.Az bildirir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında deyilir.
Bununla əlaqədar olaraq qurum bidirir ki, Mərkəzi Bankın 22 iyul 2022-ci il tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"da daşınmaz əmlak krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməmiş, əksinə yumşaldılıb.
"Yeni qaydanın qəbulundan sonra daşınmaz əmlak krediti mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxs tərəfindən alındıqda və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə kreditin təminata nisbəti əmsalına dair tələb yumşaldılaraq 70%-dən 85%-ə qaldırılmışdır (yəni, ilkin ödəniş minimum 30%-dən 15%-ə salınmışdır). Digər daşınmaz əmlak kreditləri üzrə kreditin təminata nisbəti əmsalına dair tələb isə 2018-ci ilin 16 noyabr tarixindən etibarən tətbiq edildiyi kimi maksimum 70% həddində saxlanılmışdır. Bununla yanaşı qeyd edək ki, Mərkəzi Bankın sözügedən tələbləri yalnız bankların daxili daşınmaz əmlak kreditlərinə şamil edilir.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası" ilə tənzimlənir", - açıqlamada deyilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycanda zəlzələ oldu
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
-
Hande Erçel CeyLo ilə - (Foto)
-
Metroda iş saatı uzadılır
-
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - (Video/Foto)





