İqtisadiyyat

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı açıqlama

29 İyul 2022 16:48
Baxış: 2 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlin sonunadək manatın dollara nəzərən məzənnə siyasətində dəyişikliklər gözlənilmir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında deyib.

"Hazırda tədiyə balansının profisiti və valyuta hərraclarında tələbin kəskin azalması nəzərə alınaraq Mərkəzi Bank ilin sonunadək manatın məzənnəsində dəyişiklik gözləmir", - deyə o bildirib.

Sədrin sözlərinə görə, hazırda bankların əhalidən nağd valyuta alış həcmləri satışı üstələyir.

"Əhali almaqdan daha çox, valyutanı satır. Bu vəziyyətə əsasən, Azərbaycana pul köçürmələrinin artması da təsir göstərir", - T.Kazımov deyib.

Bank rəhbəri bildirib ki, 2022-ci ilin iyununda banklar 109,8 milyon dollar məbləğində nağd valyuta alıb, bu isə son yeddi il ərzində ən yüksək göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.