Ziraat Bank Azərbaycanın xalis mənfəəti 2 dəfədən çox artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ziraat Bank Azərbaycan 2022-ci ilin 2-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən bank xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıraraq 3.8 mln manata çatdırmışdır.
Təqdim edilən maliyyə nəticələrinə görə bankın cəmi aktivləri də ötən ilin müvafiq dövrü ilə müqayisədə26 % artaraq 44 mln manatı keçib. Bankın cəmi kapitalı isə ötən ilin sonundan 19 mln 985 min manat artaraq 102 mln manatı keçmişdir.
2-ci rübün maliyyə hesabatına əsasənbankın kredit portfelində də ciddi artım müşahidə edilib.Belə ki, müştərilərə təqdim edilən kreditlərinin ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 67% artaraq 289 mln manataçatmışdır. Bank həmçinin hüquqi şəxslərin etimadını da qazanmağa davam edir. Belə ki, hüquqi şəxslərin müddətli depozit portfeli də ötən ilin 2-ci rübü ilə müqayisədə 62% artaraq 40 mln manatı ötmüşdür.
Qeyd edək ki, Ziraat Bank Azərbaycanın həm faiz, həm də qeyri-faiz gəlirlərində də ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri26.5% artaraq14 mln manatı, qeyri-faiz gəlirləri isə 89% artaraq 6 mln manatı keçmişdir.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank xarici ticarət istiqamətində göstərdiyi xidmətə görə "Global Finance" beynəlxalq nəşri tərəfindən "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank" nominasiyasına layiq görülüb.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)





