İqtisadiyyat

Finlandiya Rusiyanın yüzlərlə yük vaqonuna həbs qoydu

5 İyul 2022 21:12
0 Şərh     Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiya hökuməti Avropa İttifaqının (Aİ) sanksiyalarına uyğun olaraq Rusiya sahibkarlarının təxminən 856 vaqonuna həbs qoyub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın dəmir yolu operatoru "VR Group"un şərhində qeyd olunub.

Qeyd edək ki, Moskva Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra sonra Qərb Rusiya iqtisadiyyatını daha da təcrid edən genişmiqyaslı sanksiyalarla cavab verib.

Aİ-nin sanksiyalarına Rusiya ilə yük daşımalarına qadağa daxil deyil, lakin aprelin əvvəlində "VR Group" bu prosesin bir neçə ay çəkə biləcəyi barədə xəbərdarlıq edərək, yük daşımalarını dayandırmaq qərarına gəlib.

Finlandiya Məhkəmə İcraçıları Xidməti Aİ sanksiyaları əsasında Rusiya və Belarusun ən azı 82 milyon avro dəyərində olan bəzi aktivlərini, o cümlədən nəqliyyat vasitələrini dondurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.