Ukrayna Türkiyə və BMT ilə taxılla bağlı danışıqlar aparır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəsmi Kiyev Türkiyə və BMT ilə Ukrayna taxılının ixracı üçün təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar aparır.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Maqdalena Anderssonla görüşündən sonra deyib.
"Həqiqətən də, biz hazırda Türkiyə tərəfi və BMT ilə limanlarımızdan çıxan taxılın təhlükəsizliyinə xüsusi cavabdeh olan nümayəndələrimizlə danışıqlar aparırıq. Bəzi ölkələrin gəmilərinin təhlükəsizliyinə güvənmədiyimiz Rusiya istisna olmaqla kiminsə zəmanət verməsi çox vacibdir. Ona görə də bizə bu və ya digər qida məhsullarını yükləmək üçün gələcək bəzi ölkələrin gəmilərinin təhlükəsizliyinə ehtiyacımız var. Hazırda Türkiyədə məhz bunun müzakirəsi gedir", - Ukrayna lideri qeyd edib.
V.Zelenski vurğulayıb ki, Kiyev birbaşa BMT-nin Baş katibi Antonio Quterreşlə işləyir. Onun sözlərinə görə, BMT danışıqlarda aparıcı mövqe tutur:
"İndi onlar vasitəçiliklə məşğul deyil, lider mövqe tuturlar. Bizə elə gəlir ki, onlar bu prosesə rəhbərlik etməyə hazırdırlar. Bizim tərəfdən Ukrayna dövləti vaxt itirmir və biz müxtəlif yollar üzərində işləyirik - taxılın ixracı üzrə istər dəmir yolu, istərsə də çay yolları üzərində. Biz günbəgün ixracımızı artırırıq".
Eyni zamanda dövlət başçısı Ukrayna taxılının ixracını çətin missiya adlandırıb, lakin bu, onun fikrincə, "mütləq ki mümkündür". Prezidentin sözlərinə görə, hazırda Ukraynada 22 milyon ton taxıl var, payızda təxminən daha 60 milyon ton taxılın olacağı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama





