İqtisadiyyat

“Vahid elektron lövhə” yaradıldı

27 May 2022 19:21
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı "Vahid elektron lövhə" yaradılıb.

Bununla bağlı Nazirlər Kabinetinin 214 № li Qərarına dair izahda deyilir:

- "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə başlama, vergi və hesabatlılıq" işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının "Vergilərin ödənilməsi" bölməsinin 5-ci bəndində Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə ƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın daha da artırılması məqsədilə ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı "Vahid elektron lövhə"nin yaradılması və tətbiqinə başlanılması tapşırılmışdır.

Qərar qeyd edilən tapşırığın icrasının təmin edilməsi zərurəti ilə hazırlanmışdır.

Belə ki, Qaydaların əvvəlki redaksiyasında vergilər üzrə artıq ödənilmiş vəsaitlərin vergi ödəyicisinə qaytarılmasının təmin edilməsi məqsədilə tərtib edilmiş rəylə birlikdə vergi orqanlarına təqdim edilmiş müvafiq ərizənin surətinin də maliyyə orqanlarına təqdim edilməsi nəzərdə tutulurdu.

Qeyd edilən prosedurun Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış "Vahid elektron lövhə" vasitəsilə elektron formada həyata keçirələcəyini nəzərə alaraq, Qərarda bununla bağlı müddəalar nəzərdə tutulmuşdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.