İqtisadiyyat

Balıq unu idxal gömrük rüsumundan azad edilib

12 May 2022 22:34
0 Şərh     Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar 5 faiz idxal gömrük rüsumundan azad olunub.
Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişiklik edib.
İndiyə qədər salatlıq və ya yarpaqlı çuğundurun toxumları (Beta vulgaris var. conditiva) idxal gömrük rüsumundan azad olub. Qərara əsasən, digər salatlıq və ya yarpaqlı çuğundurun toxumları da 5 faiz idxal gömrük rüsumundan azad edilib.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.