İqtisadiyyat

Avropada qaz 8% ucuzlaşıb

31 Mart 2022 16:29
Baxış: 496
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropada təbii qazın min kubmetrinin qiyməti 1 300 ABŞ dollarından aşağı düşüb.

Milli.Az "report"-a istinadən bildirir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın may fyuçerslərinin qiyməti 1 270,5 ABŞ dollarınadək düşüb. Bu isə ticarət sessiyasının əvvəli ilə müqayisədə 8,2% azalma deməkdir.

Dünən Almaniyanın Nazirlər Kabineti məlumat yaymışdı ki, Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın Kansleri Olaf Şolts arasında baş tutmuş telefon danışığı zamanı Rusiya qaza görə ödənişi "Qazprombank" vasitəsilə avro ilə almağa razıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.