İqtisadiyyat

Azərbaycan fevralda bu qədər neft hasil edib

16 Mart 2022 20:18
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barrel olub. Bunun 566,3 min barrelini xam neft, 117,8 min barrelini isə kondensat təşkil edib.

Bu barədə Energetika Nazirliyindən verilən məlumatda deyilir.

Qeyd edək ki, "OPEC plus" ölkələri nazirlərinin 24-cü iclasında qəbul edilmiş qərara əsasən Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevral ayında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olması nəzərdə tutulurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.