İqtisadiyyat

Taxtanın qiyməti niyə artıb? - VİDEO

11 Mart 2022 18:54
Baxış: 1 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rubl dəyər itirsə də, Rusiyadan gətirilən məhsullar bahalaşır. Söhbət tikinti bazarındakı qiymətlərdən gedir.

Sahibkarlar deyir ki, Azərbaycana taxta əsasən Rusiya və Ukraynadan gəlir. İndi isə müharibə davam etdiyinə görə bazara taxta gətirilmir.

Qiymətlərin təxminən 15-20 faiz bahalaşması alıcı qüvvəsinə də təsir edib.

Sahibkarlar bildirir ki, taxtanı yükləyib gətirməyə boş vaqon tapmırlar. Onlar iddia edir ki, həmin vaqonlar hazırda hərbi vəziyyətlə əlaqədar istifadə olunur.

Ekspertlər hesab edir ki, bu bahalaşma müvəqqəti xarakter daşıyır. Daşıma problemi həll edilən kimi qiymətlərdə sürətli enmə müşahidə ediləcək.

Milli.Az xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.