İqtisadiyyat

“Hilton” və “Hyatt” otel şəbəkələri də sanksiyalara qoşuldu

10 Mart 2022 08:54
0 Şərh     Baxış: 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hilton" və "Hyatt" otel şəbəkələri Rusiyada yeni otel açılışlarını dayandırdıqlarını elan ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Hilton" şəbəkəsi verdiyi açıqlamada Rusiyadakı bütün yeni fəaliyyətlərini dayandırdığını, həmçinin bu ölkədə əldə etdiyi gəliri Ukraynaya humanitar yardım üçün istifadə etmək niyyətində olduğunu bildirib.

Otel şəbəkəsinin açıqlamasında zərər çəkmiş bütün işçilərə ödəniş olunacağı qeyd edilib.

"Hyatt" otel şəbəkəsi də Rusiyada yeni fəaliyyətlərini və bu ölkəyə hər hansı yeni investisiyanı dayandırdığını bildirib.

"Biz ABŞ hökumətinin hazırkı sanksiyalarına və direktivlərinə əməl edərək Rusiyadakı otellərin fəaliyyətini qiymətləndirməyə davam edəcəyik və bu böhranı həll etməyə ümid edəcəyik", - deyə bəyanatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.