İqtisadiyyat

“LUKoyl” Ukraynada hərbi əməliyyatların dayandırılmasına çağırdı

3 Mart 2022 23:02
0 Şərh     Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "LUKoyl" şirkətinin Direktorlar Şurası Ukraynada hərbi əməliyyatların dayandırılmasına çağırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Direktorlar Şurasının şirkətin sərmayədarlarına, əməkdaşlarına və müştərilərinə ünvanlandığı müraciətdə Ukraynada baş verən faciəvi hadisələrdən narahatlıq ifadə olunur, silahlı qarşıdurmaya tezliklə son qoyulmasına və münaqişənin danışıqlar yolu ilə həllinə çağırış edilir.

Qeyd olunur ki, şirkət bütün ölkələrdə və regionlarda fəaliyyətini sabit davam etdirməyə, dünyanın hər yerində istehlakçılarının enerji ilə etibarlı təminatına çalışır. "LUKoyl" öz fəaliyyətində sülhün, beynəlxalq münasibətlərin və humanitar əlaqələrin möhkəmlənməsinə səy göstərir", - deyə müraciətdə vurğulanır.

Rusiyanın ikinci böyük neft şirkəti olan "LUKoyl"un Direktorlar Şurasına 11 nəfər, o cümlədən Azərbaycan əsilli iş adamı, şirkətin prezidenti Vahid Ələkbərov da daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.