Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
Milli.Az APA-ya istinadən bildirir ki, 14 fevral tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) mart fyuçerslərinin qiyməti 943,5 dollar təşkil edib, bu da öncəki hesablama qiymətindən 4,3% çoxdur.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.
Milli.Az