Üçtərəfli müqavilə İranın qaz probleminin böyük hissəsini həll edəcək - Qulamhüseyn İsmaili
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkmənistan, İran və Azərbaycan arasında qaz müqaviləsi ilə İran qaz probleminin böyük hissəsini həll edəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Prezident Aparatının rəhbəri Qulamhüseyn İsmaili IRIB-ə açıqlamasında deyib.
Q.İsmailinin sözlərinə görə, Azərbaycan Türkmənistandan qaz satın almaq və İran vasitəsi ilə svop etmək üzrə razılaşma əldə etdi. İran Türkmənistanla Azərbaycan arasında qazın svop edilməsi üzrə heç bir vəsait almayacaq və əvəzində şərq vilayətlərinin qazını təmin edəcək:
"Azərbaycan və Türkmənistan arasında qaz razılaşmasında İranın payına uyğun olaraq, bundan sonra soyuq fəsillərdə İranın şimal vilayətlərində qazın təzyiqinin aşağı düşməsi problemi yaşanmayacaq" - deyə o bildirib.
İranlı rəsmi deyib ki, İranın hazırkı administrasiyasının siyasətlərindən biri digər ölkələrlə münasibətlər qurmaq, diplomatiyanı aktivləşdirmək və qonşu ölkələrə diqqət yetirməkdir. Bu baxımdan İƏT-in XV zirvə toplantısında müxtəlif sahələrdə bu təşkilata üzv ölkələrlə iqtisadi münasibətlərin inkişaf etdirilməsi diqqət mərkəzində durdu.
Onun sözlərinə görə, ticarət və enerji sahələri, həmçinin rəqəmsal iqtisadiyyat və müxtəlif platformalar haqda İƏT üzvləri və qonşu ölkələrlə müzakirələr aparılıb. Zirvə toplantısının kənarında Pakistan, Türkmənistan, Azərbaycan, Türkiyə və Özbəkistan prezidentləri ilə ikitərəfli görüşlər həyata keçirilib. Bu görüşlərdə ikitərəfli məsələlər araşdırılıb:
"Təəssüflər olsun ki, son illərdə İranda qonşu ölkələr unudulub. Qonşu ölkələrlə bir sıra yaxşı anlaşmalar əldə olundu, misal üçün Türkmənistan tərəfi İran və Türkmənistan arasında qaz problemlərinin həllinə maraqlı olduğunu nümayiş etdirdi" -deyə o bildirib.
Qeyd edək ki, 28 noyabrda Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının kənarında ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana svop edilməsi üzrə Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına 22 dekabrdan başlanacaq və gündəlik 5-6 milyon kubmetr qaz svop ediləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
XƏBƏR LENTİ
-
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)





