İki sevgi
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir,
rahatca bardaş qurub,
- Kabab üstən sərin su pis olmaz - deyən kimi.
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi.
O isə səni sevir,
Gizli deyil ki, səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm.
Nöqtə, nöqtə və nöqtə.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gecə oxusu: İki sevgi
9 Mart 2012 00:30
0 Şərh
Baxış: 8 359

DİGƏR XƏBƏRLƏR
-
Ələsgər Abbasovun doğum gününə həsr olunmuş "Bakı görüşü" adlı konsert keçirilib - FOTO
-
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə Sankt-Peterburq şəhərində “Azərbaycan muğamı” konsert tədbiri təşkil edilib - VİDEO - FOTO
-
Mixail Qusmanın filminin premyerası baş tutacaq
-
Ülviyyə Kazımova Almaniyada solo konsert programı ilə çıxış edib - FOTO
-
Moris Ravelin 150 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO
-
Bakıda "Gürcüstanın səsləri" konsert şousu təqdim ediləcək
XƏBƏR LENTİ
-
"O gün olsun, ağladım sizi..."
-
"Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" adlı konfrans başladı
-
Ən çox balı onlar topladılar
-
İranda fabrikdə güclü YANĞIN - VİDEO
-
Bakıda dana ticarət mərkəzini alt-üst qoydu – VİDEO
-
“Fənərbağça” Çempionlar Liqasının finalına çıxdı
-
Bundan sonra vəkil kimi fəaliyyət göstərəcək - FOTO
-
Kemal Sunalı canlandıracaq ad bəlli oldu - FOTO
-
İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş - 13 orqanı çıxarıldı
-
Avropada müsəlmanlar niyə hədəfə çevrilir?
-
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
-
Bu dietik maddə kişiləri sonsuzlaşdırır - Araşdırma
-
Bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: yeni həyata başlayacaqlar
-
Paşinyana meydan oxudular: İrəvanda "siyasi ölü"lər canlanmaq istəyir
-
İtaliyada çempion bəlli oldu
-
Aygün Kazımova toya bəyin dostu ilə "oyun çıxardı" - VİDEO
-
Azərbaycanda bu qida BAHALAŞACAQ: 10 gün qalıb...
-
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
-
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək
-
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
-
“Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…” - VİDEO
-
Elektrobilini kustar üsulla şarj edənlərə XƏBƏRDARLIQ - VİDEO
-
Ayaz Salayev: “Röyanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur”
-
Xınanın möcüzəvi FAYDALARI