Mədəniyyət

Azərbaycanlı aktyor dünyaca məşhur bu şəxsin övladı imiş - FOTO

6 Avqust 2021 15:14
1 Şərh     Baxış: 9 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc aktyor, rəssam Nizar Məmmədovun atasının kimliyi ilk dəfə eşidənləri təəccübləndirib.

Milli.Az xəbər verir ki, gənc istedad məşhur Azərbaycan rəssamı Sakit Məmmədovun övladıdır. 

Xatırladaq ki, Vatikan Zadəgan Heraldika Akademiyası Sakit Məmmədov qraf titulu verib. 

Qeyd edək ki, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam Sakit Məmmədov opalizm üslubunun əsasını qoyub. Sakit Məmmədovun əsərləri məşhur adamların şəxsi kolleksiyalarında, Vatikan muzeyində, "Opera" qalereyasında (Sinqapur), Bakıda Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Onun işləri dünyanın bir çox nüfuzlu qalereyalarında nümayiş etdirilir. Sakit Məmmədov ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.