Opera və Balet Teatrının aparıcı üzvlərindən biri İslam İslamovun Milli.Az-a müsahibəsi.
Dosye: İslam İslamov ibtidai xoreoqrafiya təhsilini Bakı Xoreoqrafiya Məktəbində alandan sonra 2000-ci ildə Mədəniyyət və İncəsənət Universitetini xoreoqraf-baletmeyster ixtisası üzrə bitirib. 1998-ci ildə Opera və Balet Teatrında təcrübəçi kimi fəaliyyətə başlayıb. İ.İslamovun repertuarını Q.Qarayevin "Leyli və Məcnun" baletində Nofəl, "Yeddi gözəl"də Bəhram şah, "Don Kixot" baletində Monte Sinos, F.Əmirovun "Min bir gecə" baletində Şəhriyar, Ə.Bədəlbəylinin "Qız qalası"nda Cahangir xan, A.Əlizadənin "Qafqaza səyahət"ində Xasay xan, P.Bülbüloğlunun "Eşq və ölüm" əsərində Oğuz xan, Q.Qarayevin "Karmen süitası"nda Xoze, L.Minkusun "Don Kixot" əsərində Toreodor partiyaları, həmçinin M.Qlinkanın "Aşıq Qərib", M.Maqomayevin "Şah İsmayıl", F.Əmirovun "Sevil", C.Puççininin "Karmen", Ü.Hacıbəylinin "Koroğlu" operalarında ifa etdiyi solo rəqslər təşkil edir.
2003-cü ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına, 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 2009-cu ildə Q.Qarayevin "Yeddi gözəl" baletində əsas partiyalardan birinin ifaçısı kimi Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülüb. Prezident mükafatçısıdır.
- Rəqsə marağım uşaq bağçasına getdiyim dövrdən başlayıb. Təbii ki, ilk olaraq milli rəqslər oynamışam. Amma rəqs müəlliməmiz bir gün məsləhət gördü ki, xoreoqrafiyayla məşğul olsam, yaxşıdır.
- Sırf balet sənəti haqqında ilk təəssüratınızı necə xatırlayırsınız?
- Mənim yaradıcılığım daha çox milli balet sənətinə aiddir - Şərq motivləri əsasında yazılmış baletlərin qəhrəmanlarının ifaçısı. Başqa sözlə, sırf balet artisti deyiləm. Ümumiyyətlə, rəqs haqqında ilk təəssüratımı isə milli rəqslərlə məşğul olduğum vaxtlarda qazanmışam.
- Sirr deyil ki, sırf azərbaycanlı ailələrdən olan oğlan uşaqlarının baletə marağı tez-tez rast gəlinən hal deyil. Özünüzü azlıq təşkil edənlərin sırasında necə hiss edirsiniz?
- Doğrudur, azərbaycanlı balerinlərin az olması faktdır. Balerin olmaq istəyimdən xəbər tutanda atam demişdi ki, balet nədir, Keşlədə mənə nə deyərlər?! Amma görəndən sonra ki, fikrim ciddidir, dedi, yaxşı, qoy Keşlədən də bir balet oynayan çıxsın. Ümumiyyətlə, mən valideynlərimə çox minnətdəram. Heç vaxt heç nəyi diktə etməyiblər, həmişə deyiblər ki, sənin həyatındır, peşəni özün seç, əsas odur, biz bilək ki, sən xoşbəxtsən. Bu illər ərzində yaradıcılığımı həmişə izləyiblər, uğurlarıma seviniblər. Məndən dörd yaş kiçik olan qardaşım Orxan da artıq balet truppasının üzvüdür, hələlik kütləvi səhnələrdə çıxış edir.
- Balet sizə nə verdi və siz baletə nə vermisiz?
- Mən, necə deyərlər, bu işdə canımı qoymuşam. Bilirsiniz ki, balet artistləri 35 yaşında təqaüdə çıxırlar. Bu yaşa qədər biz gərək özümüzü formada saxlayaq. Bu sənəti seçdiyimə görə qətiyyən peşman deyiləm. Səhnədə olmaq, əsas partiyalarda çıxış etmək, tamaşaçıların enerjisini hiss etmək, alqışlarını eşitmək çox gözəldir. Adi həyat tərzindən daha maraqlı həyat yaşamaq, əlbəttə ki, xoşdur.
- Dediniz ki, müəyyən yaşa qədər özünüzü formada saxlamalısınız. Buna nail olmaqdan ötrü hansısa vərdişinizdən vaz keçməli olmamısınız ki?
- Yox, belə bir şey olmayıb. Ola bilər, qızlar nədəsə çətinlik çəkirlər, məsələn, pəhriz saxlamaqda, amma oğlanlara daha rahatdır. Sadəcə, gərək yaxşı yeyək, yaxşı istirahət edək, xüsusi rejimlər də ki, öz yerində.
- Maraqlıdır, balet artisti hansı musiqini dinləməyi sevir, ümumiyyətlə, istirahət etmək sizin üçün nə deməkdir?
- Mən meyxananı çox xoşlayıram, poeziyanı çox sevirəm. Dostlarım çoxdur - incəsənət sahəsindən olanlar da var, başqa peşə sahibləri də. Asudə vaxtlarımda çalışıram ki, fikrim səhnədən yayınsın. Belə olanda səhnədə yenidən özünü toplamaq daha tez alınır.
- Yəqin ki, artıq müəyyənləşmiş tamaşaçı kontingentiniz var. Heç müşahidə etmisinizmi - balet tamaşalarına mütəmadi gələnlər kimlərdir?
- Özümüz də çalışırıq ki, balet tamaşaçılarının sayı artsın, vaxtaşırı tanış-bilişi dəvət edirik. Təbii ki, müəyyən kontingent artıq var. Səhnə arxasına gəlib təşəkkürünü bildirənlər, avtoqraf istəyənlər də olur. Amma mütəmadi olaraq öz təşəbbüsü ilə bizim tamaşalara gələnlər daha çox yaşlı nəslin nümayəndələri və əcnəbilərdir, dünyagörüşü geniş olan, ziyalı adamlardır.
Samirə Behbudqızı
Milli.Az
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
İslam İslamov: "...dedi, yaxşı, qoy Keşlədən də bir balet oynayan çıxsın"
6 Yanvar 2012 09:30
0 Şərh
Baxış: 1 784

DİGƏR XƏBƏRLƏR
-
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
-
Gəncədə Vaqif Poeziya Günləri keçirilib - FOTO
-
Akademik Musiqili Teatr 115-ci mövsümünə yekun vurdu
-
İlham Əsgərova ağır itki - FOTO
-
Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü
-
"Son 25 il ərzində Azərbaycan öz irsinin qorunmasına sadiqliyini nümayiş etdirib"
XƏBƏR LENTİ
-
Məşhur model toya bu geyimdə gəldi, qonaqların gözü onda qaldı - FOTOlar
-
Azərbaycanda məktəbli qız vəfat etdi – FOTO
-
Bu il ali məktəblərə qəbul planı 90 faizdən artıq dolacaq - DİM sədri
-
İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub - FOTO
-
Şans qapınızı döyür - İyulun ortasında parlayacaq 4 BÜRC
-
Ermənistanda nazir işdən çıxarıldı - FOTO
-
BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib
-
Gənc yazıçımız Türkiyədə ağır qəzaya düşdü - Vəziyyəti ağırdır - FOTO
-
"Qalatasaray" rəhbərliyi İkardiyə qəzəbləndi
-
Bu rayonda su olmayacaq - Qəza baş verdi
-
4 kənd təcili boşaldıldı - Yanğın genişlənir
-
İran naməlum tanker ələ keçirdi - Saxlanılanlar var
-
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
-
"Trampın üzünə telefonu qapadım" - BBC-nin müxbiri
-
İyulun 16-dan bu ölkəyə vizasız gedəcəyik
-
Klublar dünya çempionatında "qaz vurub, qazan doldurdular"
-
Dünya onu gözəlliyi ilə tanıdı - Bu FOTOları ilə interneti fəth etdi
-
Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO - FOTOlar
-
Tanınmış türkiyəli aktyor vəfat etdi - FOTO
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ