Mədəniyyət

Rafael Dadaşov son mənzilə yola salındı - VİDEO - FOTO

17 Mart 2020 14:41
13 Şərh     Baxış: 14 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşovun dəfn mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, xalq artisti II Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, Rafael Dadaşov dünən günorta saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Rafael Dadaşovun ölümü Azərbaycan üçün böyük itkidir.

Bunu jurnalistlərə açıqlamasında dəfn mərasimində iştirak edən Mədəniyyət naziri Əbülfəz Qarayev bildirib.

O qeyd edib ki, aktyor Azərbaycan mədəniyyətində böyük bir səhifə yazıb:

"Mən şəxsən çox gözəl bir insanı, dostu itirmişəm. Bizim Rafael Dadaşovla həmişə xoş münasibətlərimiz olub. O, Azərbaycan mədəniyyətində çox böyük bir səhifə yazıb. Onun doğulub böyüdüyü ailədə də teatr mədəniyyətinə böyük yer ayrılırdı və o da bu mühitdə böyümüşdü".

Nazir əlavə edib ki, R. Dadaşov bir çox regionlarda çalışsa da, onun əsas işi Dövlət Dram Teatrında olub və Azərbaycan onun canlandırdığı qəhramanları elə bu gün də görür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.