Mədəniyyət

Xalq artistinin səhhəti yaxşılaşıb

3 Yanvar 2020 10:04
1 Şərh     Baxış: 2 761
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən il dekabrın 28-də Mərkəzi Klinik Xəstəxanaya köçürülən kamança ifaçısı, Xalq artisti Fəxrəddin Dadaşovun səhhətində irəliləyiş var.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Əməkdar artist Babək Niftəliyev sosial şəbəkədə məlumat verib.

Xəstəxanadan Fəxrəddin Dadaşovla fotosunu yayımlayan ifaçı "Allah şəfa versin. Şükürlər olsun ki, yaxşıdır. Narahat olmayın, dostlar" qeydini yazıb.

Qeyd edək ki, F.Dadaşov beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.