"Şən Elf və Cadugər" tamaşasının premyerası oldu - Gənc Tamaşaçılar Teatrında - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İngilis nağıllarının motivləri əsasında uşaqlar üçün "Şən Elf və cadugər" tamaşasının premyerası baş tutub. Əsərin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni Ayla Osmanovadır. Tamaşanın quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidovdur, plastik həll Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edən bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.
Səhnə əsərinin rejissoru, bir çox uşaq tamaşalarına quruluş verən Ayla Osmanova premyeranın hər zaman həyəcanlı keçdiyini deyib: "Həqiqətən bu günlər çox həyəcanlıyıq. Amma balacaların sevincini görəndə anladıq ki, məqsədimizə nail olmuşuq. Uşaqlar üçün tamaşa qurmaq sadə deyil. Çünki onları aldatmaq mümkünsüzdü. Hər zaman deyirik ki, bizim əsas məqsədimiz balacaları əyləndirmək, dünyanın gözəl olduğuna inandırmaq olmalıdır. Biz özümüzü onlarla eyni yaşda hiss etməyə və nə istədiklərini anlamağa çalışmalıyıq. Uşaqlar hər zaman xeyirin qalib gəlməsini istəyirlər. Biz də məhz buna inanmağa və onların da rəngarəng dünyalarını bir az da gözəlləşdirməyə çalışırıq."
Tamaşada əsas rolu, Elf obrazını canlandıran aktrisa Səbinə Məmmədova isə balacaların qarşısında çıxış etməyin məsuliyyətindən danışıb: "Əminliklə deyə bilərəm ki, uşaq tamaşasının məsuliyyəti daha çoxdur. Əvvəllər Çeburajka, Dəcəl Keçi, Çippolino, Qırmızı papaq obrazlarında uşaqların qarşısına çıxmışam. Amma Elf tamam yeni bir obrazdı. Bir anlıq düşünürəm ki, görəsən gerçək həyatda belələri varmı... Axı Elf hər şeyin əla olduğuna inanır və dəfələrlə də cadugərin tələsinə düşür. Amma hər dəfə də çox şən ovqatda, gülə-gülə xilas olur tələdən. Belə çıxır ki, qəlbimizi saf, beynimizi təmiz saxlasaq, yalanı, rianı məkri özümüzə yaxın buraxmasaq, ədalət mütləq qələbə çalacaq. Elfin nümunəsində olduğu kimi, dostlarımız, doğmalarımız həmişə yanımızda olacaqlar."
Qeyd edək ki, tamaşanın xüsusi rəng və işıq effektləri, rəqslər, mahnılar balacaların böyük marağına səbəb olub.
FOTO: Əli Əliyev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
-
"44" bədii filminin premyerasının vaxtı məlum olub (Foto)
-
Amin Novruzov vəfat etdi
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı – böyük sənət bayramı ərəfəsində (Foto)
XƏBƏR LENTİ
-
İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayır
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Nikolas Keycin evi çökdü - (Foto)
-
Azərbaycanda ÜDM 1,2 faiz artdı
-
“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - (Video)
-
Sükan arxasında bu mahnını dinləmək təhlükəlidir
-
Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu
-
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
-
İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş
-
Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)
-
Braziliyalı hücumçu "Sabah"da
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
-
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
-
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
Xalq artisti xəstəxanaya yerləşdirildi
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Cahid İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
-
Messi Avropada klub alır





