"Bu zaman insan həyata müdrik baxır, etmək istədiklərini edə bilir, çünki..." - Kitab rəfi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qoşqar Məhərrəmov: "Həmin kitabı oxuyan insan gələcəklə əlaqəli planlar qura bilər"
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Asudə vaxtlarımızı səmərəli keçirməyin ən yaxşı yolu mütaliədir. Mütaliə insanın fikirlərinin inkişafında, dünyagörüşünün genişlənməsində böyük rol oynayır. Amma nəzərə alsaq ki, vaxtımız dəyərlidir və ona görə də, həmin zamanı bizə məsləhət olunan kitabı oxuyaraq keçirsək, daha faydalı olar. "Kitab rəfi" adlı rubrikamızın qonağı təhsil eksperti Qoşqar Məhərrəmovdur.
Müsahibimin ilk seçimi Antuan Sent Ekzüperin "Balaca Şahzadə" əsəri oldu. O düşünür ki, insanın həyata daha kreativ, qeyri-adi yanaşması üçün mütləq bu kitabı oxumalıdır: "Əsərin müəllifi deyir ki, kitab, adından uşaqlar üçün görünsə də, əslində, onu böyüklər üçün yazıb. Hər gün eyni şeyləri görən üçün günəşin çıxıb-batmağı, suyun rəngsiz, səmanın mavi olması adi gələ bilər. Amma insan gərək əsərin qəhrəmanı olan Balaca Şahzadənin gözü ilə dünyaya baxa bilsin. Ona görə də, düşünürəm ki, hər bir insan ilk növbədə bu kitabla tanış olmalıdır".
Tolstoyun "İnsan nə ilə yaşayar" kitabı ikinci seçim oldu: "Tolstoy bu kitabında insana həyatında nələrin daha çox, nələrin daha az lazım olduğunu öyrətməyə çalışır və insan bununla həyatın nə olduğunu dərk edir. Bu kitabı oxuyan hər kəs həyatdakı prioritetlərini müəyyən edir. Bu zaman insan həyata müdrik baxır, etmək istədiklərini edə bilir. Çünki onun üçün həyatda bir vaciblik sırası olur. Artıq nəyi nə vaxt edəcəyini bilir".
Üçüncü kitab isə Attalinin "Gələcəyin qısa tarixi"dir: "Bu kitab gələcəyin hara doğru getdiyi müəyyən edir. Biz adətən tarix kitablarında keçmişdə olmuş hadisələr haqqında oxuyuruq, məlumat alırıq. Ancaq bu kitabda gələcəyin hara getdiyi qeyd edilir. Kitabı oxuyan insan gələcəklə əlaqəli planlar qura bilər. Ölkəsi, özü, ailəsi, işi ilə bağlı qarşısına müəyyən hədəflər qoya bilər. Ümumiyyətlə, təhsil siyasəti, politologiya ilə maraqlanan insanlar üçün oxunması vacib olan kitabdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
-
Akademik Milli Dram Teatrı teatr mövsümünə yekun vurub (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində ənənəvi "Muğamat axşamı" layihəsinin 2025–2026-cı il mövsümünün yekun konserti keçirilib - (Foto)
-
İçərişəhərdəki Şirvanşahlar Sarayında Şahin Növrəsli Festivalının mətbuat konfransı keçirildi - (Foto)
-
“Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” sərgisi çərçivəsində Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə tədbir keçirilib - (Foto)
-
"Yay arzuları" adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunub
XƏBƏR LENTİ
-
Zamiqin Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Yasamalda yaşayış evində dəhşətli partlayış: Ölən və yaralananlar var
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib





