Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş "Xəlqilik, millilik, beynəlmiləllik" adlı tədbir keçirilib.
Milli.Az xəbər verir ki, tədbirdə ilk olaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının Üzeyir Hacıbəyliyə həsr olunan "Akademik Üzeyir Hacıbəylinin elmi fəaliyyətindən səhifələr" adlı kitabı təqdim olunub.
Təqdimatda iştirak edən Mədəniyyət naziri Əbülfəs Qarayev yeni nəşrlə tanış oldu. Beynəlxalq Muğam Mərkəzi tərəfindən "Təhsil" nəşriyyatında çap olunan kitabda dahi bəstəkar Üzeyir bəyin Azərbaycan Elmlər Akademiyasında çalışdığı dövrdən bəhs edilir. AMEA və Üzeyir bəyin ev muzeyinin fondundan əldə edilən məlumatlar əsasında təqdim edilən kitabda bəstəkarın akademik fəaliyyəti öz əksini tapıb. Məlumdur ki, akademiyanın İncəsənət institutu Üzeyir bəy tərəfindən yaradılmış, direktoru da məhz bəstəkarın özü olmuşdur. burada təkcə musiqi sahəsi deyil, teatr, ədəbiyyat, dilçilik məsələləri həllini tapmışdır. Daha sonra nazir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifalarını dinləyib. Nazir Milli musiqi günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra tədbir ədəbi-bədii gecə ilə davam edib.
Konsertdən əvvəl bildirildi ki, 18 sentyabr xalqımız üçün böyük bayramdır. Dahi Üzeyir Hacıbəylinin doğum gününü xalqımız Milli musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir bəyə borcludur. Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olub. Azərbaycan, rus və dünya klassik incəsənətinin ənənələrini dərindən qavrayan bəstəkar doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yorulmadan yazıb-yaradıb.
1908-ci ilin yanvarında tamaşaya qoyulmuş ilk Azərbaycan operası "Leyli və Məcnun"un müəllifi yeddi il ərzində bir-birinin ardınca beş opera, üç operetta yaradıb. "Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan" xalq arasında tezliklə geniş şöhrət qazanıb və indiyə qədər səhnəmizdə müvəffəqiyyətlə tamaşaya qoyulur. Bu əsərlərin uğurlu davamı olaraq dahi bəstəkar Azərbaycan operasının şah əsəri olan "Koroğlu"nu yaratdı.
Bu dövrdə Ü.Hacıbəyli respublikamızda musiqi təhsilini inkişaf etdirməyə, gənc kadrların təhsil almasına, klassik və xalq musiqisini öyrənib bədii xüsusiyyətlərini meydana çıxarmağa, müasir musiqi formalarını yaymağa, müxtəlif musiqi kollektivlərini yaratmağa müvəffəq olub.
Bildirildi ki, təqdim edilən "Xəlqilik, millilik , beynəlmiləllik" adlı konsert proqramında Üzeyir bəyin məhz bu mövzularda ərsəyə gətirdiyi əsərlərdən nümunələr öz əksini tapıb.
Konsert proqramında əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Nərgiz Kərimova, Anar Şuşalı və xanəndələr Rəvanə Qurbanova, Səbinə Ərəblinin ifasında bəstəkarın şah əsərlərindən nümunələr səsləndirildi. Solistləri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət edib. Konsertdə "Koroğlu" operasından "Cəngi" rəqsi, "Arşın mal alan" operettasından Tellinin nəğməsi "Sən o yanda, Yar bu yanda", "Bənd oldum", Əsgərin ariyası və s. nümunələr alqışlarla qarşılanıb.
Tədbirdə musiqi ictimaiyyətinin nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, məcburi köçkün ailələrinin üzvləri iştirak edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
XƏBƏR LENTİ
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı





