Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq Qapı Günləri” təşkil olunacaq - Giriş ödənişsizdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
19-20 sentyabr tarixlərində Qobustan Milli Tarix- Bədii Qoruğunda " Avropa İrs Günləri" layihəsinin qeyd olunması məqsədi ilə " Açıq Qapı Günləri " təşkil olunacaq.
Milli.Az xəbər verir ki, ziyarətçilər üçün girişin ödənişsiz olacağı Açıq qapı günləri çərçivəsində məşhur opera müğənnisi Placido Dominqo tərəfindən başladılan və Bethovenin müəllifi olduğu Avropa Birliynin himninin (əsərin orijinal adı "Ode to Joy") mədəni irs abidələrində ifa olunması məqsədini daşıyan hərəkata uyğun olaraq Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə "Buta" instrumental ansamblı tərəfindən orijinal və yeni versiyada ifasının təqdim edilməsi, "Kadr arxasında Qobustan" adlı mini- turların, peşəkar rəssamların təqdimatında uşaqlar üçün "Master Klass" ların və fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgi- satışın təşkili nəzərdə tutulur. Qobustan qoruğunda yeni təşkil olunmuş "Kadr arxasında Qobustan" turları ilə ziyarətçilər Qobustanın ekskursiya marşrutlarından kənarda- " kadr arxasında" qalan, "Axırıncı aşırım", "Yeddi oğul istərəm", "Dədə Qorqud", "Qanlı zəmi" və s kimi onlarla məşhur filmlərin çəkildiyi məkanlar və ərazidə yerləşən abidələrlə tanış ola biləcəklər.Yeni turların məqsədi filmlərin çəkildiyi məkanlara səfərlər təşkil etməklə həmin məkanları və ərazidə yerləşən abidələri ictimaiyyətə fərqli formada təqdim etməkdir.
Uşaqlar üçün rəssamlıq üzrə təşkil olunan ustad dərsləri Xalq rəssamı Arif Hüseynovun təqdimatında keçiriləcək. Sonda dərslərdə iştirak edən uşaqlara qoruğun mükafatları təqdim ediləcək.
Xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli yaradıcı uşaq və gənclərin əl işlərindən ibarət sərgi - satışın təşkili uşaqların faydalı əməyə cəlb edilməsi, həyat bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyası məqsədi daşıyır.
Hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il Qobustan Milli Tarix-Bədii Qoruğu, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində "Soyqırım memorial kompleksi"nidə də geniş qeyd olunacaq. "Avropa İrs Günləri" çərçivəsində qoruqlarda "açıq qapı" günüləri və mədəni irsin qorunmasına həsr olunmuş maarifləndirici tədbirlər təşkil ediləcək. Ziyarətçilərin qoruqlara girişi ödənişsiz olacaq.
əlumat üçün qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan "Avropa İrs Günləri" hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur.
Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
XƏBƏR LENTİ
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı





