Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənnisi Maksim Qalkinin yaradıcılıq axşamı keçiriləcək.
Milli.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, o, tamaşaçılar qarşısına "stand up" şousu ilə çıxacaq. İki saatadək davam edəcək proqramda Maksim Qalkin sənətsevərlərə gülüş dolu anlar yaşadacaq və mahnılar ifa edəcək.
Maksim Qalkinin təqdim etdiyi proqramlar özündə parodiya, mahnı, yumor, məşhur televiziya şoularından konsert nömrələrini birləşdirir. O, auditoriyanı hiss edir və tamaşaçıları ilə şou boyu ünsiyyət qurur.
Maksim Qalkinin artistlik debütü 1994-cü ildə Moskva Dövlət Universitetinin Tələbə teatrında olub. Həmin il o, həmçinin Estrada teatrında "Debütlər, debütlər, debütlər" proqramında çıxış edib. O vaxtdan artistlik karyerasına uğurla davam edən Maksim Qalkin 2001-ci ildə Rusiyada "Triumf" və "Qızıl Ostap" mükafatlarını alıb. 2001-ci ildə "Vitebskdə Slavyan bazarı" festivalında ilk solo konsertini verib. O vaxtdan solo çıxışları mütəmadi xarakter alıb. 2001-ci ilin oktyabrında özünü yeni ampluada - mahnı ifaçılığında sınayıb. Onun ilk vokal təcrübəsi Rusiya estradasının əfsanəsi Alla Puqaçova ilə birlikdə oxuduğu "Bud ili ne bud" (Будь или не будь) mahnısı olub. Maksim Qalkin, həmçinin bir sıra televiziya proqramlarının aparıcısı kimi məşhurlaşıb. Onun səhnə çıxışları anşlaqla keçir, telelayihələrdə iştirakı isə yüksək reytinqi təmin edir.
Maksim Qalkinin indiyədək Bakıda verdiyi konsertlərin hər biri tamamilə yeni və fərqli olub.
Maksim Qalkinin Heydər Əliyev Mərkəzində keçiriləcək yaradıcılıq axşamına biletlərin qiyməti 40, 70, 100, 140, 180, 220 və 300 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələlərindən əldə etmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
-
Akademik Milli Dram Teatrı teatr mövsümünə yekun vurub (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində ənənəvi "Muğamat axşamı" layihəsinin 2025–2026-cı il mövsümünün yekun konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda avtobus yandı
-
“Azərbaycan Hava Yollarının 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir”
-
AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? - DOSYE
-
AQTA sədrinə yeni müavin təyin olundu
-
Sabah hava yağışlı olacaq, şimal-qərb küləyi əsəcək
-
52 yaşlı Penelopa Kruz sürücülük vəsiqəsi almaq qərarına gəlib
-
Süni intellekt "Trend İnformasiya Agentliyi"nin xəbər redaksiyasının rəhbərlərindən birinə çevrilib
-
Holann dünya çempionatları tarixinin rekordunu təkrarladı
-
Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı
-
Dünyanın ən böyük hərbi qərargahı müsəlman ölkəsində açıldı
-
"Arzum" yenidən hakim qarşısına çıxarılacaq
-
Cəmilə Qurbanova işdən çıxarıldı
-
Ronaldudan milyonları kədərləndirən sözlər
-
Baş Prokurorluqdan Gürcüstanda öldürülən Fatimə ilə bağlı açıqlama
-
Xumar Qədimovadan polis atası ilə bağlı paylaşım: “Yaraşıqlı, gözəl atam!"
-
Bakıda işləyənlərin maaşı 1400 manata çatır
-
DÇ-2026: Portuqaliya İspaniyaya, ABŞ Belçikaya qarşı
-
Avstraliyanın baş naziri zarafatına görə üzr istədi
-
Ordumuz qırıcıları havaya qaldırdı - (Video)
-
FİFA Trampın xahişi qəbul etdi: Qırmızı kart görsə də oynayacaq
-
Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb
-
Şərurdakı ağır qəzada ölən ailənin Fotoları - Yenilənib
-
Amalın bacısı danışdı: "Qapıma gəlməyin"





