Mədəniyyət

Fəvvarələr meydanında növbəti konsertlər - "Sehrli Bakı"

26 Avqust 2019 16:24
0 Şərh     Baxış: 1 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

24-25 avqust tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən "Sehrli Bakı" layihəsi çərçivəsində Fəvvarələr meydanında növbəti konsertlər keçirilib.

Konsertlər zamanı rəqqasə Səbinə İsmayılova "Ərəb", "Qaraçı" rəqsləri ilə tamaşaçıların zövqünü oxşayıb. 

Gənc müğənnilər Ayaz Babayev, Aygül Bayramova ,Tural Məmmədov, Nərgiz Abduls, Gülnar Dadaşova, Narana Paşayeva , Xəyal Hüseyn və "Stop" qrupunun Ifa etdiyi mahnılar alqışlarla qarşılanıb.

Tamaşaçıların həftəsonu istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü peşəkar musiqi ilə zənginləşdirmək məqsədi daşıyan "Sehrli Bakı" layihəsi çərçivəsində konsertlər sentyabrın 30-dək hər həftəsonu davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.