"Ulduz" filminin məşhurlaşdırdığı tarixi ləm - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
56 il bundan əvvəl "Ulduz" filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsində gördüyümüz ləm XIX əsrdə inşa olunub. Orijinallığı ilə diqqəti cəlb edən bu ləm indi cənub bölgəsinə gələn turistlərin üz tutduğu maraqlı məkanlardandır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Məhəmməd və Züleyxanın səhnəsi kimi tanınan dialoq 1963-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində bu həyətdə inşa olunan ləmdə çəkilib.
Qəsəbə sakini Əsədulla Musayev deyir ki, turistlərin böyük maraq göstərdiyi ləmi babası tikib: "Babam bu ləmi yayın istisindən qorunmaq və istirahət etmək üçün inşa etmişdi. Buna biz tərəfdə yay evi də deyirlər.
Onun sözlərinə görə, rayona gələn istər yerli, istərsə də xarici turistlər burada şəkil çəkdirirlər: "Bu tarixi tikili onları çox təəccübləndirir. Ümumi sahəsi 40 kvadratmetr olan ləmin damı ilk əvvəllər su buraxmayan bitkilərlə, o cümlədən lığ, küləş və ya qamışla örtülmüşdü. Sonralar qamışı daha orijinal tikinti materialı olan kirəmit əvəzlədi. Ləmi tikən ustalar elə hesablayıblar ki, burada daim hava axını olur".
Bir əsrə şahidlik edən 112 yaşlı tarixi ləmin tikintisində sementdən deyil, yumurta sarısından və küldən istifadə olunub. Üzərindəki taxtalar isə bir-birinə mismarsız bərkidilib.
Məktəblilər də ləmi tez-tez ziyarət edirlər. Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin müəllimi İbrahim Həşimov deyir ki, şagirdləri mütəmadi olaraq, gəzintilərə aparır, tarixi abidələrlə tanış edir. Bu gün də ləmə baxmaq üçün gəliblər. "Burada vaxtilə "Ulduz" filmi çəkilib. Bu, şagirdlərin marağını cəlb edir. Onlar bu tarixi abidə ilə həvəslə tanış olurlar", - deyə o bildirib.
Mədəniyyət Nazirliyinin qeydiyyata aldığı ləm hazırda tarixi abidə kimi qorunur. XVIII-XIX əsrlərdən qalan bu cür tikililərə daha çox Astara, Lənkəran və Masallı rayonlarında rast gəlinir. Vaxtilə təkcə Ərçivanda 40-dan çox ləm olub. Sonradan isə baxımsızlıq ucbatından bu ləmlərin əksəriyyəti sıradan çıxıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)





