Mədəniyyət

“Kids Fashion Design” dəb nümayişi keçirildi - FOTO

22 May 2019 15:36
Baxış: 787

Xətai Sənət Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının dəstəyi, AQSIA-nin Sosial  Məsələlər Komisiyasının rəhbəri Gülnarə Xəlilovanın təşkilatçılığı ilə "Qızıl Ay" İncəsənət Mərkəzinin rəssamlarının "Yay tətilim" mövzusunda tədbiri həyata keçirildi.

Milli.Az xəbər verir ki. tədbir Memarlar və Rəssamlar İttifaqının üzvü, memar-dizayner, eyni zamanda "Qızıl Ay" İncəsənət Mərkəzinin rəhbəri Yeganə Abdullayeva tərəfindən idarə olundu.

Sərgi ilə yanaşı "Kids Fashion Design" adlı layihə çərçivəsində dəb nümayişi də təşkil olundu. Layihə zamanı sərgidə iştirak edən uşaqlar tərəfindən çəkilən moda eskizləri əsasında tikilmiş yay fəslini xatırladan geyimlər də təqdim olundu. Həmin geyimləri təqdim edən kiçik modellər eyni zamanda öz geyimlərinin modelyeri idilər. Dəb nümayişinin təqdimatını isə 6-cı sinif şağirdi Səma Abdullayeva keçirdi.

Sərginin keçirilmə məqsədi müasir dövrdə  uşaqlarda planlı addım atmaq, bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularını inkışaf etdirmək, əhatə olunmuş mühitə  münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsas da doğma elə, ata-baba yurduna, vətənə - onun tarixinə, bu gününə məhəbbəti aşılamaq idi.

Dəb nümayişinin təşkilində isə məqsəd uşaqlarda özünüifadə və özünü-təqdimat bacarığını inkişaf etdirmək olmuşdur. Uşaqların hazırladıqları geyimlərdəki rəng harmoniyası, yay fəslinə aid atributlardan və formalardan istifadə edərək qurduqları kompozisiya onların şəxsi fikirlərinin təcəssümü idi.

Sözügedən tədbirdə AQSİA-nın Sosisal Məsələlər Komisiyasınınn rəhbəri, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşunaslıq uzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova, Rəssamlar İttifaqının nümayəndələri - Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Xalq Rəssamı,  Sənət uğurlarına görə "Hümay" mükafatçısı Arif Hüseynov, Əməkdar Rəssam Bəxtiyar Muradov həmçinin kütləvi informasiya vasitələrinin mənsublarının iştirak edirdi.  Sərgidə 60 şagirdin rəsm əsərləri, 20-dən çox geyim nümunəsi nümayiş olundu. Sərgidə tədbir iştirakçıları sertifikat və hədiyyələrlə təltif olundular. Tədbirin sonunda Səma Abdullayeva özbək rəqsi ilə tamaşaçıları feyziyab etdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.