Mədəniyyət

“Euronews” V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlayıb

13 May 2019 14:59
Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Euronews" kanalında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlanıb.

Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən məlumata görə, reportajda 2 gün ərzində Forumda müzakirə olunan məsələlər və dünyanı narahat edən problemlərin çözülməsi istiqamətində aparılan müzakirələrə toxunulub. Vurğulanıb ki, Azərbaycanın paytaxtı Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir-birimizlə sadəcə ünsiyyətdə olmaqla sülhə necə dəstək göstərilməsini aydınlaşdırmağa çalışıb.

Videomaterialda qeyd edilir ki, Foruma 35 beynəlxalq təşkilatı və 100-dən çox ölkəni təmsil edən 500-dən çox qonaq qatılıb.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin də Forumda iştirakı vurğulanır.

Qeyd edilir ki, Bakı forumunda ayrı-ayrı ölkələrdə ekstremizmlə mübarizə, dini, etnik zəmində münaqişələrin aradan qaldırılması, gənclərin bu işdə fəal rolu və beynəlxalq ictimaiyyəti narahat edən digər aktual məsələlərlə bağlı məhsuldar və səmərəli müzakirələr aparılıb. Eyni zamanda, Forumda dini və etnik tolerantlıq kimi mühüm məsələlər diqqət mərkəzində olub.

https://www.euronews.com/2019/05/09/sri-lankan-movement-seeks-to-reduce-communal-violence-through-dialogue

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.