Mədəniyyət

Gəlin teatra gedək...

28 Yanvar 2019 19:29
1 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teatrın təbliği yönündə ard-arda bir neçə tanıdıcı və maarifləndirici xarakter daşıyan layihələr gerçəkləşdirən Sumqayıt Dövlət Dram Teatrı bu qəbildən daha bir aksiyanı uğurla həyata keçirdi.

Milli.Az xəbər verir ki, "Gəlin teatra gedək" devizi  ilə  gənc və orta yaş nəsil nümayəndələrinin həftəsonu istirahətlərinin  bir neçə saatını məhz teatra ayırmalarını təmin etmək məqsədilə  başladılan  bu yeni layihə  çərçivəsində  müxtəlif yaş  kateqoriyasını nəzərə alaraq  repertuar planı hazırlanıb. Bu repertuar planı barədə şəhərin bütün sosial təbəqəsindən olan insanlarını  məlumatlandırmaqdan  ötrü əhalinin sıx toplaşdığı məkanlarda, ictimai nəqliyyatlarda , sosial şəbəkələrdə reklam çarxları yayımlanır. Sosial media platformlarında  davamlı olaraq teatrsevərlərin qatıldığı  "könüllülər" qrupunda aparılan  PR kompaniyası da müsbət  nəticələrini vernməkdədir.

Beləliklə, yeni layihəyə əsasən Sumqayıt Dövlət Dram Teatrında  hər ay mütəmadi olaraq  həftəsonları  fərqli janrda  tamaşalar nümayiş etdiriləcək.  Layihə çərçivəsində ilk tamaşalar 26.01.2019 tarixində və  bugün 27.01.2019, saat 18:00-da  göstərildi.  26  yanvar oynanılan  Con Patrik "Qarını öldürməliyik?"  psixoloji dramında  rolları əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev,  Sədaqət Nuriyeva, İzaməddin Bağırov, Cəlal Məmmədov və aktyor Yalçın Səlimov ifa edir. Tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko, quruluşçu rəssamı Elena Karpenkodur. Bugünsə xalq artisti Firudin Məhərrəmovun quruluşunda Turqut Özakmanın "Ocaq" əsərinin səhnə versiyası tamaşaçıların diqqətinə çatdırıldı.  Tamaşada əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, Xatirə Süleymanova, Fəranə Musayeva, aktyorlar Şəhla Məmmədova, Şəmistan Süleymanlı və Oktay Mehdiyev  rol aldı.  Tamaşalar maraqla qarşılandı. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.