Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında "Bremen musiqiçiləri"nin premyerası olub - FOTO

6 Dekabr 2018 13:29
Baxış: 906

Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun "Bremen musiqiçiləri" pyesi əsasında eyniadlı tamaşanın premyerası olub.

Milli.Az bildirir ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssam Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradova, rejissor Gülnar Hacıyevadır.

Tamaşada rolları Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov, Araz Primov,  Müşviq Əliyev, Tahir İsmayılov, Yusif  Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Yusif  Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva ifa edirlər.

"Bremen musiqiçiləri" iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Uşaqlar üçün nəzərdə tutulmuş tamaşa böyüklərin də marağına səbəb olub. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır. Tamaşanın yaradıcı heyəti balacalarda gözəl hisslər tərbiyə etməyə, onlarda pozitiv ovqat yaratmağa çalışıblar. Tamaşanın dinamikası, peşəkar aktyor oyunu və əlbəttə xoşbəxt sonluq hər kəsdə xoş hisslər oyadıb.

Qeyd edək ki, bu günlərdə 90 illik yubiley təntənəsinə hazırlaşan teatr dahi M.Servantesin romanı əsasında səhnələşdirilən "Don Kixot" (quruluşçu rejissor B.Osmanov) və balacalar üçün "Bremen musiqiçiləri" kimi yeni səhnə əsərləri ilə tamaşaçılarını sevindiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.