Mədəniyyət

İsveçdə Azərbaycan mədəniyyəti ilə bağlı daha bir addım atıldı

10 İyul 2018 20:45
0 Şərh     Baxış: 1 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin paytaxtı Stokholm şəhərində azərbaycanlı uşaqlar və yeniyetmələr üçün Tumurcuq Azərbaycan-İsveç Dram və Teatr Dərnəyi fəaliyyətə başlayıb.

Milli.Az bildirir ki, bu barədə məlumatı Diasporun Dostları Klubunun üzvü, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

"Dərnəyə 6 yaşından yuxarı uşaqlar üzv ola bilərlər. Məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini qorumaq və gələcək nəsillərə ötürmək, həmçinin yaşatmaqdır. Dərnək İsveçdə yaşayan həmvətənlillərdən dəstək gözləyir. 

Teatrın bədii rəhbəri və rejissoru İsveçdə yaşayan diaspor fəalı Sevinc Nəzərlidir. Teatrın musiqi bölməsinə İsveçdə yaşayan pianinoçu Vüsalə Bağırova rəhbərlik edəcək. Teatrda Azərbaycan ədəbi əsərləri səhnələşdiriləcək.

Teatr  Stokholm Türk Teatrının rejissoru Burcu Ada Soysopun təşəbbüsü ilə yaradılıb. Teatrın loqosunu isə Serdar Yayqın hazırlayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.