Mədəniyyət

Nəsrin aktrisalıqdan sonra bu peşəyə də həvəs saldı

23 May 2018 10:03
0 Şərh     Baxış: 3 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar çəkildiyi serial və filmlərlə gündəmdə olan Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bundan sonra modellik də edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisaya modellik etməsi üçün təkliflər yağır. Nəsrin artıq bu təklifləri dəyərləndirəcəyini deyib:

"Əvvəl çox təəccüblənmişdim. Daha sonra təkliflərin artması məni sevindirdi. Sevdiyim markanın təqdimatı üçün podiuma çıxaram. Təklifləri dəyərləndirəcəm".

N.Cavadzadə baş rolda çəkildiyi, İspaniya istehsalı olan "El Desentierro" filminin sentyabrdakı qalası üçün indidən hazırlaşdığını deyib. Həftənin 5 günü idman zalından çıxmayan aktrisa sağlam qidalanma ilə də arzuladığı bədən quruluşuna sahib olmağı hədəfləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.