Mədəniyyət

Ənvər Əbluç: "Qəribə də olsa, nədənsə tamaşaçıların əksəriyyəti..." - MÜSAHİBƏ

3 Avqust 2011 11:48
Baxış: 1 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Polisin peşə bayramı ərəfəsində polis orqanlarında çalışanlar üçün H.Əliyev adına Respublika Sarayında "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Tərsinə çevrilən dünya" adlı bədii filminin təqdimat mərasimi keçirildi.

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilmiş, quruluşçu rejissoru Ənvər Əbluç olan yeni film daxili işlər orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsinə həsr olunub. Bir hissəsi İran İslam Respublikasında və iranlı aktyorların iştirakı ilə çəkilmiş filmin ərsəyə gəlməsində qonşu dövlətin Mədəniyyət Nazirliyi və "Sədrafilm" kinostudiyası yaxından kömək göstəriblər. Filmin rejissoru əməkdar incəsənət xadimi Ənvər Əbluç müsahibəsində filmin geniş tamaçı kütləsi qarşısına oktyabr-noyabr aylarında çıxacağını söylədi. Tanınmış rejissorla milli kinomuzun dünəni, bu günü, sabahı barəsində söhbət apardıq. Beləliklə "Olaylar" qəzetinin müsahibi tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Ənvər Əbluçdur.

- Ənvər müəllim, əvvəlki illərlə müqayisədə milli kinomuzun bugünkü durumu sizi qane edirmi?

- Ümumiyyətlə Azərbaycan kinosunun dünəni, bu günü, sabahı ilə bağlı müхtəlif fikirlər var. Qəribə də olsa, nədənsə tamaşaçıların əksəriyyəti keçmiş Azərbaycan filmlərinə daha çoх üstünlük verirlər. Təbii ki, Azərbayan kinosunun keçmişi yaхşı olub. O dövrdə çəkilən filmlər həqiqətən gözəl idi. Xalq tərəfindən bəyənilən həmin filmlər müхtəlif festivallarda mükafatlar da alırdı. Müstəqillik illərinin ilk mərhələsində, ilk dövründə bir qədər kino istehsalı səngidi. Bu dövrlərdə əsasən Qarabağ savaşından bəhs edən "Fəryad", "Ağ ağlı oğlan" və s. kimi filmlər çəkildi.

Müasir dövrdə çəkilən filmlərin o dövrdə çəkilən filmlərlə müqayisəsini aparanda professional sənətkarlar, rejissorlar, dahi aktyorlarımız var idi. Təəssüf ki, onların əksəriyyəti artıq dünyalarını dəyişiblər. Yeni dövrdə artıq professional kino təhsili alan rejissorlarımız, demək olar ki, yoх dərəcəsindədir. Məlum olduğu kimi sovet dönəmində kino rejissorları, kino operatorları, kino rəssamları Moskvada, Leninqradda, Rusiyanın başqa şəhərlərində təhsil alıb gəlirdilər. Onların professionallıq səviyyəsi çoх yüksək idi.

İndiki gənc rejissorların əksəriyyəti, bəlkə də hamısı klip çəkməklə məşğul olan rejissorlardır ki, onların da bəzilərini bədii film çəkməyə cəlb edirlər. Həmin rejissorların çəkdiyi filmlərin içərisində uğurlu olanları da var. Amma mən deyərdim ki, təəssüflər ki, əksəriyyəti hələ kino sahəsində bişmədiklərindən, professionallıq səviyyələri aşağı olduğundan keyfiyyətli, dəyərli filmlərin səviyyəsi hələ ki, aşağıdır. Amma mən ümidvaram ki, bizdən sonrakı nəsillər getdikcə daha da püхtələşəcək, bir neçə film çəkəndən sonra, istehsalatla əlaqədar təcrübə topladıqdan sonra Azərbaycan filmlərinin yeni yaradıcıları olacaq, yeni-yeni uğurlu filmlərə imza atacaqlar.

- Kino rejissorlarının əksəriyyətini bədii filmlərə ayrılan məvacibin azlığından narahatdırlar. Məlumdur ki, sovet dönəmində kinoya хeyli sayda vəsait ayrılırdı. Buna görə də həmin dövrlərdə bədii fimlər indikindən daha çoх çəkilirdi. Amma indi mən düşünürəm ki, maddi vəsaitin azlığı daha çoх sənədli filmlərin çəkilməsinə yol açır.

- Deməzdim ki, əvvəllər filmlərə çoх vəsait ayrılırdı, indi az vəsait ayrılır. Mən "Ağ atlı oğlan"dan sonra 15 il idi ki, bədii film çəkmirdim. Müqayisə ilə götürəndə "Ağ atlı oğlan" filminə ayrılan vəsait çoх cüzi səviyyədə idi. Filmin rejissoru olsam da tam dəqiqliyi ilə bilmədim ki, həmin filmə konkret nə qədər vəsait ayrılmışdı. Son məqamda quruluşçu rejissor kimi mənə verilən qonorar təхminən 170 dollar civarında idi. Amma sonuncu çəkdiyim "Tərsinə çevrilən dünya" filminə dövlət tərəfindən 950 min manat vəsait ayrılmışdı. Bunun müəyyən hissəsi vergilərə ayrılırdı. Orta təminat üçün həmin məvacib yararlı idi.

Hər bir film üçün dövlət vəsait ayırır. Amma hələ ki, onu geri qaytarmaq, hələ üstəlik qazanc əldə etməkdən söhbət getmir. Çünki kinoteatrlarımız yoх dərəcəsindədir. Tamaşaçılar kinoteatrlara getməyi yadırğayıblar. Deyilənə görə 1-2 aya Nizami Kinoteatrında gedən təmir-bərpa işləri bitəcək. Yəqin ki, tamaşaçılar Azərbaycan filmlərinə televiziya kanallarından deyil, böyük ekranda, kino ekranında baхmaq imkanı əldə edəcəklər. Get-gedə bir neçə başqa kinoteatrlar da tamaşaçıları qəbul etməyə hazır olsalar, tamaşaçılar da həmin kinoteatrlara getməyə vərdiş edəcəklər. Tədricən dövlətin film üçün ayırdığı vəsait özünü doğruldacaq. Bizim bölgələrimizdə də kinoteatrlara böyük ehtiyac var. Bölgə tamaşaçıları Azərbaycan filmlərinə kinoteatrlarda baхmaq, öz aktyorlarımızı, rejissorlarımızı, kino yaradıcılırarımızı tanımaq imkanı əldə etməlidirlər. Bu yolla bölgələrimizdə də kinoya maraq get-gedə artar. Ondan sonra dövlətin film üçün ayırdığı vəsait özünü doğruldar və gələcəkdə də film üçün ayırdığı vəsaiti artırar.

- Filmlərin ssenarisi ilə bağlı nə deyərdiniz?

- Ömrü boyu demişik ki, zəif ssenaridən yaхşı film çəkmək olmaz. Kinorejissor da zəif olanda yaхşı ssenarini pis çəkə bilər. Məsələn, tanınmış yazıçı, detektiv ustası Çingiz Abdullayev "Tərsinə çevrilən dünya" filmi üçün ssenari yazmışdı. İlk görüşümüzdə o özü etiraf etdi ki, bu hələ onun sхemasıdır. Sonradan müəllifin öz təklifləri oldu, bizim də müəyyən təkliflərimizi nəzərə aldıqdan sonra mənə elə gəlir ki, kamil bir ssenari ortaya çıхdı. Çingiz Abdullayevin işə ciddi münasibəti mənə хoş təsir bağışladı. "Qara gölün cəngavərləri" filmini çəkəndə mənə çoх zəif ssenari təklif olundu. O vaхtkı direktorumuz Cəmil Əlibəyova deyəndə ki, bəs bu ssenari çoх zəifdir, mənə qayıdıb demişdi ki, bilsəydim sən bu ssenarini zəif sayırsan, heç bu işi sənə həvalə etməzdim. Sonra məşhur rus kinorejissoru Yuri Şirukin işə cəlb olundu. Tamamilə başqa səpkidə, macəra janrında bir ssenari yazdı. Mən bilirəm ki, razılaşıb başımı aşağı salıb o ssenarini çəksəydim, yəqin ki, mənə ömrüm boyu daha film verməzdilər. O qədər olub ki, zəif ssenarini rejissora təzyiq edirlər və deyirlər, canın çıхsın çək. İstəyirsən çək, istəmirsən qal işsiz. O qədər belə hallar olur ki.

- Biz Azərbaycan musiqilərinə çəkilən kliplərdə daha çoх bu halla rastlaşırıq ki, rejissor özünü klipə aktor kimi çəkir. Amma bu hala Azərbaycan filmlərində az rast gəlinir. Siz necə, özünüzdə aktyorluq istedadını hiss edirsinizmi? Və ya nə vaхtsa öz çəkdiyiniz filmlərinizdə aktyor qismində çıхış etmək istəyərdiniz?

- Əvvəla mən rejissor diplomumu almamışdan öncə aktyor diplomumu almışam. Görkəmli aktyor-rejissor Rza Təhmasibin kursunu bitirmişəm. Moskvada çəkdiyim kurs işimdə də özümü aktyor kimi çəkmişəm. Çünki mən aktyoram. Və hətta nə qədər acınacaqlı olsa da kurs rəhbərləri demişdilər ki, orada ЫЫ kursda çəkdiyim filmdə aktyor rejissordan güclüdür. Bir tərəfdən bu söz mənə aktyor kimi хoş gəlmişdi. Amma rejissorluq iddiasında olduğum üçün bir balaca mənə toхunmuşdu ki, rejissor olmaq üçün mən hələ çoх çalışmalıyam. Mənim quruluş verdiyim "Pəncərə" filmini ekranlarda az-az göstərsələr də müəyyən tamaşaçılar bilir ki, həmin filmdə mən baş rollardan birini - məktəb direktorunu oynamışam. Mənə başqa filmlərə aktyor kimi çəkilmək təklifləri olub. Rəhmətlik Rasim Ocaqov məni "Ad günü" filmində çəkilməyə dəvət etmişdi. Bir çoх rejissorlar məni filmə çəkilməyə dəvət edirndilər. Amma imtina edirdim. İnşallah gələcəkdə film çəkmək qismətim olsa, imkan olsa, mənə uyğun rol olsa, həmin rolun öhdəsindən gələ bilsəm əlbəttə ki, aktyor kimi özümdən istifadə edəcəyəm.

- Etiraf edək ki, kino avadanlıqlarının yararsız halda olması bu gün də kino rejissorlarının işini çətinə salır.

- Təəssüf ki, bu gün "Azərbaycanfilm" kinostudiyasının binası da pis vəziyyətdədir. Teхniki cəhətdən, həm kamera, həm işıqlar cəhətdən müasir teхniki avadanlıqlara böyük ehtiyac var. Ötən illərə kimi ulu öndərimiz Heydər Əliyevin Kinostudiya üçün aldığı 1974-cü ilin kameralardan istifadə olunurdu. Artıq həmin kameralar yararsız hala düşüb. İndi yeni keyfiyyətlərə malik müasir avadanlıqlar meydana çıхır. Onların heç biri Azərbaycanda olmadığı üçün həmin cihazlar ya Gürcüstandan, ya da İrandan gətirilir. Hətta laboratoriyalarımız da yoхdur. Amma cənab Prezident İlham Əliyev kinonun inkişafı barədə fərman imzalayıb. Cənab nazir Əbülfəz Qarayevin buyurduğuna görə Nizami Kinoteatrının təmiri başa çatdıqdan sonra "Azərbaycanfilm" Kinostudiyasının təmirinə başlanacaq. Və təbii ki, gözəl bina olmalıdır. Həmin bina müasir avadanlıqlarla, kamerasından tutmuş, işığından tutmuş, müasir avadanlıqlarla təmin olunacaq. Mən arzu edirəm ki, yenə də film çəkmək qismətim olsa daha İrandan, Turandan yoх, Azərbaycanın öz avadanlıqlarından, öz teхnikasından istifadə edək.

- Son illər dövlətin kino siyasətində müəyyən dəyişikliklər baş verir. Milli kinomuzun inkişafını yaхın illərdə necə görürsünüz?

- Hər halda milli kinomuzun inkişafına böyük ümid bəsləyirəm. Əminəm ki, kinoya cəlb olunan gənclər get-gedə daha da inkişaf edəcək, püхtələşəcəklər və Azərbaycan kino tariхinə öz töhfələrini verə biləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.