İran rəsmiləri boğazdan keçən bəzi gəmilərdən 2 milyon dollar məbləğində keçid haqqı alındığını açıqlayıb.
Milli.Az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Alaəddin Burucerdi iştirak etdiyi televiziya proqramında məsələ ilə bağlı danışıb.
Burucerdi bildirib ki, İran 47 ildən sonra Hörmüz boğazında yeni bir suverenlik modeli tətbiq edir və bəzi beynəlxalq gəmilərdən 2 milyon dollar keçid haqqı tutulur. O, bu addımın İranın bölgədəki gücünü göstərdiyini vurğulayıb.
Lalə Qüdrətova
Milli.Az





