Mədəniyyət

Fikrət Əmirovun “Min bir gecə” baleti tamaşaçəlara təqdim olundu – VİDEO - FOTO

20 Mart 2026 18:15
Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev Sarayının səhnəsində görkəmli bəstəkar Fikrət Əmirovun "Min bir gecə"  baleti tamaşaçəlara təqdim olundu.

Milli.Az xəbər verir ki, baletin quruluşçu baletmeysteri Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR və SSRİ Dövlət mükafatı laureatı Nailə Nəzirovadır.  Librettonun müəllifləri   Nailə Nəzirova, Maqsud və Rüstəm İbrahimbəyovlardır.

Baletmeyster-repetitorlar Xalq artistləri Mədinə Əliyeva,  Gülağası Mirzəyev, Əməkdar artistlər Yuriy Lobaçev, Fərid İbrahimovdur. Tamaşanın dirijoru əməkdar artist Əyyub Quliyev,  tamaşanı  idarə edən isə əməkdar artist Yuriy Lobaçev idi.

Tamaşanın quruluşçu rəssamı SSR Xalq rəssamı  Toğrul Nərimanbəyov, icraçı rəssamı isə Əməkdar incəsənət xadimi Tehran Babayevdir.

Tamaşanın konsertmeysteri  Züleyxa Usubova idi. Tamaşada iştirak etdilər:

Şəhriyar - Əməkdar artist Anar Mikayılov, Şəhrizad - Əməkdar artist Nigar İbrahimova,

Nuridə - Liana Praga, Nuridənin sevimli qulu - Aleksandr Suldin
Birinci nağıl: 

Qız - Dinarə Məmmədova, Ruh quşu - Ağamir Mirzəyev, Sindbad - Edvard Arazov.
İkinci nağıl:

Budur - Səbinə Məmmədova, Ələddin - Toğrul Əliyev, Cadugər - Mansur Məmmədov
Üçüncü nağıl:

Mərcanə - Liana Mirabdullayeva, Quldurbaşı - Kamran Qurbanov, Əlibaba - Aydın Mustafayev. 

Cəlladlar: Andrey Lobaçev, Maksim Lobaçev, Nurlan Rəsulov, Mehman Mərdanov, İslam Məmmədov, Kamran Qurbanov

Tamaşa yüksək peşəkarlıqla təqdim olundu, tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.