Mədəniyyət

"CinemaPlus Amburan" kinoteatrında yay mövsümünün açılışı keçirilib - VİDEO - FOTO

14 İyun 2017 18:10
Baxış: 517

Premium kinoteatr "CinemaPlus Amburan"da açıq hava altında yay mövsümünün təntənəli açılışı keçirilib.

Kinoteatr Bilgəh qəsəbəsində, "Amburan Mall" ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir. Tədbir xüsusi dekorasiya köməyi ilə meksikan üslubunda bəzədilib. Furşet masası isə yalnız meksikan yeməklərindən və muxtəlif içkilərdən ibarət idi.

Bu gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, produserlər, bloqqerlər, bomond və KİV nümayəndələri olublar.

Bayram əhval-rühiyyəli kinoteatrda musiqi müşayiəti altında maraqlı müsabiqələr keçirilib, dəyərli hədiyyələr oynanılıb.

Tədbir "Malibu xilaskarları" komediya filminin nümayişi ilə bitib. Həmçinin kino həvəskarları üçün "CinemaPlus Amburan" sürpriz hazırlayıb. Artıq kinoteatr 24 saat işləyəcək.

"CinemaPlus" Amburan Mall-da dünya standartlarına cavab verən 3 zal var. Zallar ispan istehsalı olan yüksək səviyyəli rahat kreslolar ilə təchiz olunub. Bundan başqa "CinemaPlus" Amburan Mall kinoteatrında Master İmage 3D texnologiyası tətbiq olunur.

Tədbirin təşkilində dəstək olmuşdurlar: dublyaj redaksiyası Cinemazadeh, Cinema Distribution.

"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.