Mədəniyyət

Nizami Kino Mərkəzindən növbəti aksiya: surdotərcümə ilə milli film nümayiş olundu

5 İyun 2017 15:30
Baxış: 1 506
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nizami Kino Mərkəzindən növbəti aksiya: danışma və eşitmə qüsuru olan insanlara surdotərcümə ilə milli film nümayiş olunub.

Milli.Az bildirir ki, iyunun 3-də Nizami Kino Mərkəzi Human Foundation qurumunun nəzdində Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla surdotərcümə edilmiş milli "Oğlan evi" filmini təqdim edib.

Film tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

Filmi tərcümə edən Nuranə Abıyeva qonaqlar adından, tədbirin təşkilində zəhməti olan insanlara təşəkkürlərini bildirib.

Nizami Kino Mərkəzinin kollektivi bu formatda olan sosial aksiyalara daima dəstəyə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə və davamlı olaraq surdotərcüməli filmlər Nizami Kino Mərkəzində təmənnasız nümayiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.