Mədəniyyət

Azərbaycanlı alimin kitabı BMT kitabxanasında - FOTO

24 Aprel 2017 15:25
0 Şərh     Baxış: 3 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin dünyanın bir nömrəli problemi olan ərzaq təhlükəsizliyi ilə bağlı Almaniyada çap olunmuş "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" kitabı Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrdəki Mərkəzi Kitabxanası tərəfindən araşdırılıb. Kitabxananın ekspertləri tərəfindən kitaba müsbət rəy verilib.

Milli.Az xəbər verir ki, bu barədə modern.az-a kitabın müəllifi məlumat verib. Bununla bağlı kitabxana rəhbərliyi deputata məktub da yollayıb.
 
E.Quliyev qeyd edib ki, indi "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" kitabı BMT-nin Mərkəzi Kitabxanasında həm elektron, həm də kitab klassik kitab formasında yerləşdirilib. Maraqlanan oxucu kitabı həmin kitabxanadan əldə edə biləcəklər.

Eyni zamanda kitab yaxın zamanlarda həm Vyana, həm də Parisdə keçiriləcək beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək.

Kitabın Avropada böyük təqdimatı da olacaq.

E.Quliyev bildirib ki, dünya səviyyəsində tanınnış alimlərin iştirakı ilə kitab yaxın aylarda ya "Berlində, ya da Cenevrədə təqdim olunacaq.

Kitaba böyük maraq var. Düşünürəm ki, bu maraq kitabda toxunulan mövzularla bağlıdır".

Qeyd edək ki, 1995-ci ildən bəri ilk dəfədir ki, azərbaycanlı alimin kitabına BMT-nin Mərkəzi Kitabxanasının ekspertləri tərəfindən müsbət rəy verilib və dünyanın belə bir mötəbər universitetində həmyerlimizin kitabı yer alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.