Mədəniyyət

"Kino Evi"ndə Məlik Dadaşov müzakirə ediləcək - FOTO

20 Aprel 2017 15:36
Baxış: 1 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftə "Kino Evi"nin qəhrəmanı Azərbaycanının xalq artisti, yaratdığı obrazlarla kinomuzda öz möhürünü qoyan böyük sənətkar Məlik Dadaşov olacaq. Unudulmaz sənətkarımız kimlə müzakirə ediləcək? Əlbəttə ki, xalq artistimiz Rafael Dadaşovla...

22 Aprel 11:00-da Lider TV-də.

"Kino evi"in layihə rəhbəri, ideya müəllifi və aparıcısı Zeynəb Abdullah, rejissor və montajçı İBO, operatorlar Aydın Məcidli və Kamal Məmmədov, fotoqraf Elşad Musayevdir.

Veriliş 3 hissədən ibarətdir. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşünas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısa metrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Verilişin mahiyyəti əyləncəvi və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.

Veriliş hər şənbə saat 11:00-dan 12:00-a dək, təkrarı isə çərşənbə günü 00:15-də Lider TV efirində.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.