Mədəniyyət

"Ölüdən yox, diridən qorxun" deyən məşhurlar bir arada - FOTO

29 Dekabr 2016 09:21
2 Şərh     Baxış: 3 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami Kino Mərkəzində "Naxox" filminin qala-gecəsi keçirildi. Komediya Film Distribution International-ın dəstəyi ilə çəkilib. 29 dekabrdan film ölkənin bütün kinoteatrlarında yayımlanacaq.

Filmin baş prodüseri Orxan Mərdan qeyd edib ki, film müasir kinomuzun həm gülüş, həm də keyfiyyət baxımından öndə gedənlərindən olacaq. 

Ssenari müəllifləri: Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov, Fərda Amin, Zaur Mirzəzadə
Quruluşçu rejissoru: Zaur Mirzəzadə
Quruluşçu rəssamlar: Anar Hüseyn, Ceyhun Cəfərquliyev.
Bəstəkar: Səbuhi Atababayev
Quruluşçu operator: İslam Şirvani
Rafiq Hacıyev
Prodüserlər: Zaur Mirzəzadə, Orxan Mərdan

Aktyorlar (baş rollarda): Elməddin Cəfərov, Fərda Amin, Ağaxan Salmanlı, Abbas Qəhrəmanov, Fidan Axundova, Rüfət Nəzərli, Nigar İbrahimova

Sinopsis:
Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar ata olmağa hazırlaşır. Bir səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonra xəstəxana xərclərini ödəmək üçün pul axtarmağa başlayır. İlk olaraq da yaxın dostu, illərdir görmədiyi Qəhrəmanın yanına getməyə qərar verir. Qəhrəman isə Nüşabədən sonra onun eşqindən tərki-dünya olaraq yaşayır. Beləliklə, Rəftar və Qəhrəman illər sonra görüşürlər və məlum olur ki, hər iki qəhrəmanımızın problemləri var, hər ikisinə də təcili iş lazımdır. Rəftar və Qəhrəman əllərinə düşən ilk iş təklifini dəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar verirlər. Sözdinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq, ona qulluq etmək elə də asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir. Təbii ki, bunu heç kimə demək olmaz, çünki hamı onlardan şübhələnəcək. Məhz buna görə bizim iki qorxaq qəhrəmanımız vəziyyətdən çıxış yolunu Ağsaqqalın ruhunu çağırmaqda görürlər. Gözlənilmədən ruh gəlir. Rəftar və Qəhrəman bir tərəfdə Ağsaqqalın cəsədi, bir tərəfdə də onun ruhu ilə baş-başa qalırlar. Beləliklə, gülməli hadisələr başlayır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.