Uşaqların sevimli cizgi filmi "Frozen" ("Buzlar diyarı") Azərbaycan dilində - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq balaca tamaşaçılar sevimli cizgi filmləri olan "Frozen"ə ana dilində baxa biləcəklər. ANS Telekanalı "Uolt Disney" Animasiya Studiyasının istehsalı olan "Frozen" cizgi filmini Azərbaycan dilində səsləndirir. "Buzlar diyarı" adlandırılan film tezliklə efirdə olacaq. Şübhəsiz ki, Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanlarının Azərbaycan dilində danışması balaca tamaşaçılar üçün əsl hədiyyə olacaq.
"Frozen" 2013-cü ildə "Wolt Disney" Animasiya Studiyası tərəfindən istehsal olunmuş kompüter animasiya filmidir. Hans Kristian Andersenin "Qar kraliçası" nağılının motivləri əsasında yaradılan animasiya filmi ekrana çıxdığı gündən tamaşaçıların və mütəxəssislərin böyük rəğbətini qazanıb. Film ən çox satılan animasiya filminə çevrilib və milyard dollardan artıq gəlir gətirib. Kris Bak və Cenifer Linin rejissorluğu ilə ərsəyə gələn film ən yaxşı animasiya filmi və ən yaxşı orijinal film mahnısı nominasiyaları üzrə Oskar mükafatına, "Qızıl qlobus", "BAFTA", "Enni", "Saturn", Amerika kino aktyorları gildiyasının (SAG) mükafatlarına layiq görülüb. Cizgi filmi əsasında kompüter oyunu yaradılıb. "Frozen" dünyanın bir çox dillərinə tərcümə olunub. Qeyd edək ki, cizgi filmini rus dilində Dima Bilan, Nataliya Bıstrova, Anna Buturlina, Andrey Birin, Sergey Penkin, Dima Bilan, Vasili Boçkaryov, Aleksey Fataev kimi məşhur simalar səsləndirib.
Cizgi filminin maraqlı hadisələr xətti var. Kraliça Elza özü də bilmədən Erendelli lənətləyib və krallıq əbədi qışa məhkum olunub. Əgər kimsə dünyanı xilas etməsə, heç vaxt bahar gəlməyəcək. Bunun qarşısını almaq, Erendell krallığının üstündən lənəti götürmək üçün 4 qəhrəman - Şahzadə Anna, cəsarətli Kristoff, Maral Sven və Qar adamı Olaf uzun, çətiniklərlə dolu yola çıxırlar. Onların qarşısında çox çətin vəzifə dayanır: Annanın bacısı Elzanı tapıb xilas etmək. Çünki yalnız o krallığın üzərindən lənəti götürə, yazın gəlişini yaxınlaşdıra bilər. Bu cəsarətli qəhrəmanları irəlidə çox çətin macəralar gözləyir. Onlar yolda böyük qar topaları, qəzəbli nəhəng qar adamı, acgöz canavarlar, sıldırımlı yollarla üzləşir. Ancaq cəsur qəhrəmanlar bütün əngəlləri aşaraq, Elzanın buz sarayına gəlirlər. Əsl sevgi hissi möcüzə yaradır. Elza buzları əridə, bütün krallığı əbədi qışdan xilas edərək, baharı geri qaytara bilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Fidan Hacıyeva Londonda uğurla çıxış edib - Musiqi Zəfər və Dövlət Bayrağı şərəfinə ürəkləri birləşdirib - (Video/Foto)
-
Gəncə Dövlət Filarmoniyasında Zəfər Gününə həsr olunmuş “Qələbə nəğməsi” adlı konsert keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova Xurşidbanu Natəvana həsr olunmuş filmini böyük uğurla təqdim edib - (Foto)
-
Zəfər Gününə həsr olunmuş “Keçmişdən bu günə: Tarixi geyim və döyüş atributlarının interaktiv təqdimatı” adlı tədbir keçirilib - (Foto)
-
Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib - (Foto)
-
Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib
-
Polşada terror aktı ilə bağlı beş nəfər saxlanılıb
-
Totti "Fənərbağça"a üçün İstanbula getdi
-
Natavan Həbibi tanınmaz halda (Foto)





