Mədəniyyət

Zemfira Nərimanova: "Məcbur olub rəngləyirəm" - FOTO

3 İyun 2016 21:51
9 Şərh     Baxış: 16 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xalq artisti, sevilən aktrisa Zemfira Nərimanova uzun illərdir sarışın saçiyla tamaşaçıların yaddaşında qalıb. O, gözəllik sirlərini Milli.Az ilə bölüşüb:

"Məni lap uşaqlıqdan tanıyan insanlar bilirlər ki, saçım həmişə sarı rəngdə olub. Hər bir qadın kimi mən də özümə vaxt ayırmağı sevirəm. Hazırda mən məcbur olub saçımı rəngləyirəm. Hətta anam və atam deyərdilər ki, sən doğulanda saçların sütül qarğıdalının saçaqları rəngində, gözlərin isə mavi idi. Sonra illər keçdikcə gözlərimin rəngi dəyişib, qarışıq olub. İndi də bacımın nəvələrində mavi gözlər təkrar olunur. Demək istəyirəm ki, bu genetikdir. Bəzən çox eşidirəm ki, Zemfira xanım, siz heç dəyişilməmisiz. Amma bu cür deməzdim, dəyişilmişəm, amma yəqin ki, bir o qədər də yox" (gülür).

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.