"Hüsniyyə"dən "Puşkin"ədək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncənin həm məscid, həm mədrəsə, həm də kitabxana kimi fəaliyyət göstərən abidəsi haqda bilmədiklərimiz...
"Tatlar" və "Hüsniyyə" məscidi, "Nizami-Puşkin" kitabxanası. Adlar fərqli olsa da, söhbət bir məkandan gedir. 1880-ci illərin sonunda inşa edilən, həm məscid, həm mədrəsə, həm də kitabxana kimi fəaliyyət göstərən bir binanın tarixindən Gülnar Fazilqızı söhbət açacaq...
Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncənin Hüseyn Cavid küçəsində yerləşən bu bina XIX əsr abidələri içərisində ən gəncidir. Bina 1886-cı ildə inşa edilib. Xalq arasında "Tatlar" məscidi kimi tanınsa da, mehrabındakı kitabədə əsl adının "Hüsniyyə" olduğu qeyd edilir. Professor Sadiq Şükürov "Gəncənin tarixi abidələrindən" kitabında yazır: "Tikilidə ornamentlərin olması, pəncərələrinin böyüklüyü abidənin məscid yox, mədrəsə, mehmanxana məqsədi ilə tikildiyini söyləməyə haqq verir. Çünki şərq aləmində dini abidələri nəbati ornamentlərlə bəzəmək qadağan idi".
Lakin bu binadan uzun müddət məscid kimi istifadə edilib. Mehrabın zehlərindəki yazılar da bunu sübut edir.
Abidənin mehrabında hələlik yaxşı oxunan 3 kitabə var. Onlardan birində belə yazılıb: "Bu məscidin yerini öz mülkündən, torpağından şahzadə Bərmən Mirzənin qızı Səbiyyə xanım vəqf edib. Burada yaşayan başqa səxavət sahibləri də binanın tikilməsinə xərc çəkiblər".
Binadan məscid kimi istifadə etmək üçün mehrab ona sonradan qondarılıb. Lakin qibləsi düzgün alınmadığından o, naqis çıxıb. Cənubdan-qərbə bir barmaq maili olan mehrabın əyrisini isə Fani təxəllüslü Mirzə Sadıq düzəltməyə cəhd göstərib. Ümumiyyətlə, abidənin tikilməsində bir neçə nəfər iştirak edib. Bir ustanın işini sonacan görə bilməməsinin səbəbini isə maddi çətinliklə əlaqələndirirlər. XIX əsrin sonlarında "Hüsniyyə"nin otaqları A.S. Puşkinin anadan olmasının 100 illiyi şərəfinə kitabxana kimi istifadə olunmağa başlayır. Lakin bu çox uzun çəkmir.
Sadıq Şükürov öz kitabında bu haqda belə qeyd edir: "1905-ci il burjua inqilabının müvəffəqiyyətsizliyi, Stolıpin irticası mədəni-maarif ocaqlarının bağlanmasına təsir göstərir. Kitabxananın otaqları alınaraq, məscidə geri verilir".
1920-ci ildə isə kitabxananın fəaliyyəti "Nizami-Puşkin" adı altında yenidən bərpa olunur. Xalq rəssamı Toğrul Nərimanbəyov Nizaminin yubileyi ərəfəsində binanın içəri divarında iki dahi şairin şəkillərindən ibarət rəsm nümunəsi də yaradıb.
Hazırda isə kitabxana Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyır. Burada Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 19 saylı filialı və uşaq şöbəsi fəaliyyət göstərir. 19 saylı filialın fonduna 10 minə yaxın kitab daxildir. İl ərzində buradakı ədəbiyyatdan 2500-ə yaxın oxucu faydalanır. İki ildir burada fəaliyyət göstərən uşaq şöbəsinin oxucusu isə daha çoxdur. İl ərzində bura 32 mindən çox azyaşlı və şagird müraciət edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
XƏBƏR LENTİ
-
Dünyanın sonu, yanğınlar və böhranlar: Nostradamusun 2027-ci il üçün proqnozu
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi





